Erməni Çarli Çaplin
Rafael Kotancyan:
Ancaq katarsisə gətirən incəsənət incəsənət sayıla bilər, daxilində nəsə yığılır və iz buraxır. Sən onu yaşayırsan. İncəsənətin mənası insanlarda çevriliş olmasa da, ən azı gözəlliyə, mükəmməlliyə doğru meyl oyatmaqdır. Həm Ukraynada, həm də Rusiyada çəkildiyim filmləri indiyə qədər də böyük ekranlarda görürəm. Bu, yaxşı işləriydi, onların müəlliflərinin deməyə sözləri varıydı.
Mən aktyorluq sənətinin bütün nemətlərindən istifadə etdim: məşhurluq qazandım və layiqli qiymətimi aldım. Öz arzularımı mən içimdə qoruyub, saxlayıram, amma hər halda, onları reallaşdırmağa cəhd göstərirəm. On mərtəbəli bina necə tikilirsə, mən də o cür mərtəbə-mərtəbə qalxıram. Düzdür, hansı mərtəbədə olduğumu bilmirəm, amma qabaqda hələ çatmalı olduğum mərtəbələr var. Mənim bir neçə ideyam var, amma xalq artistləri elə bütün aktyorlar kimi bir az mövhümatçıdırlar. Deyirlər ki, arzun haqqında çox danışsan, o həyata keçməyə bilər.
İnanıram ki, insan özünü tamamilə hansısa ideyaya həsr edirsə, o istədiyinə nail olacaq. Öz təcrübəmdən çıxış edərək, deyə bilərəm ki, hətta bədbəxtlik elə belə gəlmir. O, əsaslnamışdır, hansısa günahın və ya səhvin nəticəsidir. Ola bilsin, bədbəxtlik səni sınamaq üçün gəlir ki, görsün sən ona layiqincə qalib gələ biləcəksənmi. Bu mənada mən taleyə inanıram. Ən əsası odur ki, sənin daxili Allahın elə yaşasın ki, sən sonra buna görə peşman olmayasan.
Xoşbəxtlik elə-belə olmur, o məmnunluqdan yaranır. Məni bir neçə məsələ məmnun edir: iş, ailə, ailəmin yenicə doğulan üzvü olan nəvəm.
Mənə yenidən həyatımı yaşamaq lazım deyil. Həyatımı yenidən yaşamalı olsaydım, mən hər şeyi eyni cür edərdim. İkinci dəfə eyni şeyləri yaşamağa dəyər ki? Həyat yeniliyini itirərdi.
Allah bizə o qədər çox şey verir ki! İnsan bütün bunlardan həzz almağı bacarmalı və ətrafdakılara da eyni şeyi etməyə imkan verməlidir. İnsan şəxsiyyət, artist qadın, kişi kimi özünü doğrulda bilməyəndə bu dəhşətlidir. Daha böyük bədbəxtliyi təsəvvür etmək mümkün deyil. İnsan yaşayır, onun hər şeyi var, amma heç nəyi yoxdur, çünki hər şeydən narazıdır. Narazı adam qorxuludur. Narazılıq boş yerdən yaranmır. İnsan öz həyatının memarıdır.
Bir imkan iki-üç dəfədən artıq verilmir. Hazır deyilsənsə, bu imkanı əldən verə bilərsən, ömrün boyu bunun peşmançılığını çəkəcəksən, amma artıq belə bir imkanın olmayacaq. Öz tələbələrimə təkrar-təkrar deyirəm: “Həmişə günlərin bir günü qapının açılacağına və içəri dəvət olunacağınıza hazır olun.