Ermənistanda yaşı yüzdən yuxarı olan 85 nəfər yaşayır. Bu məlumat Ermənistanda Beynəlxalq ahıl insanlar günü ərəfəsində dərc edilib. Əmək və Sosial Məsələlər Nazirliyinin ahılinsanların problemləri şöbəsinin rəisi Anait Gevorqyan qeyd edib ki, Ermənistanın ən yaşlı vətəndaşı Geqarkunik vilayətinin Yeranos kəndində yaşayır.
Anait Gevorqyan onu da bildirib ki, uzunömürlülərin çoxu ölkənin Tavuş və Geqarkunik vilayətlərində yaşayırlar və onların əksəriyyəti qadındır. Qadınlar kişilərdən orta hesabla 6 il çox yaşayırlar.
1 oktyabr 1990-cı ildə BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Ahıllar Günü elan olunub. İlk dövrdə bu günü ancaq Avropa ölkələrində qeyd edirdilər, 90-cı illərin sonlarından isə dünyanın əksər ölkələrində, o cümlədən də Ermənistanda qeyd olunmağa başlayıb.