Şengen zonası ölkələrin səfirliklərinə 2015-ci ildə 57787 müraciət daxil olub, onlardan 7105-i rədd edilib. Bu haqda Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan Aİ və Ermənistan arasında viza rejiminin sadələşdirilməsi üzrə Sazişin monitorinqinin nəticələrini təqdim edərkən bildirib.
Qriqoryan qeyd edib ki, viza almaq üçün daxil olan müraciətlərin həcmi əvvəlki illərlə nisbətən artıb, çünki Ermənistan 2012-ci ildə viza rejiminin sadələşdirilməsi haqda Saziş imzalayıb. Sənəd qüvvəyə minəndən sonra rədd cavablarının da sayı artıb: 2012-ci ildə müraciətçilərin 8 faizinə viza verilməmişdi, 2015-ci ildə isə 12 faizdən çoxuna. Stepan Qriqoryan hesab edir ki, əsasən Ermənistan vətəndaşlarına viza verilməsindən ona görə imtina olunur ki, onlar səfirliklərə lazımi sənədləri tam təqdim etmirlər: “İnsanlar səfirliyə gəlir və onlardan soruşurlar: “Nə məqsədlə gedirsiz?” Cavab verirlər: “Qardaşım orda tanınmış şəxsdir, sanballı mövqeyi var”, ancaq məlum olur ki, onlar elmi konfransa gedirlər. Biz qaydalara hörmət etməyi, müvafiq sənədləri təqdim etməyi öyrənməliyik”.
Ekspert hesab edir ki, Ermənistan hazırkı vəziyyətlə kifayətlənməməlidir, Gütrcüstanı nümunə götürərək viza rejiminin liberallaşdırılması haqda saziş imzalamalıdır. Bunun sayəsində nəinki Ermənistan vətəndaşları Avropa İttifaqının bütün ərazisində azad hərəkət edə biləcək, həmçinin ölkədə demokratiya səviyyəsi yüksələcək, insan haqları sistemi işləməyə başlayacaq.