Ermənistanın Xüsusi İstintaq Xidməti yüksək vəzifəli polis əməkdaşlarına qarşı cinayət işi qaldırıb. Bi cinayət işi 1 mart 2008-ci il hadisələrinin araşdırılması ilə əlaqədardır.
2008-ci il 19 fevral prezident seçkilərindən sonra ölkədə etirazlar başladı. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları bildirirdilər ki, seçkilərdə məhz Ter-Petrosyan qazanıb və seçki nəticələrinə yenidən baxılmasını tələb edirdilər.
2008-ci il martın 1-də nümayişi dağıtmaq üçün silah tətbiq edilmiş və nəticədə on nəfər həlak olmuşdu, onlardan səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı idi.
İstintaq hesab edir ki, yüksək vəzifəli şəxslər sənədləri saxtalaşdırıb. Bu sənədlərə əsasən 2008-ci il fevralın 29-da hüquq-nühafizə orqanlarına Azadlıq Meydanında toplaşan insanlarda silah və partlayıcıların olduğu haqda məlumat daxil olub.
“Yüksək vəzifəli şəxslər qrup maraqlarından çıxış edərək polisin əməllərinə haqq qazandırmaq, qanunsuz hərəkətləri gizlətmək və məsuliyyətdən qaçmaq üçün yalan məlumatlar təqdim ediblər. “Vəzifə səlahiyyətlərindən sui-istifadə”, “vəzifə səlahiyyətlərini aşma” və “xidməti saxtakarlıq” maddələri ilə cinayət işi qaldırılıb və Yerevanda baş verən 1-2 mart hadisələri ilə bağlı cinayər işi ilə birləşdirilib”, – Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat verir.
“1mart” hadisələri ilə bağlı cinayət işinə ölkənin ikinci prezidenti Robert Koçaryan da ittiham olunan şəxs qismində cəlb olunub.
Bu gün onun ölkəni tərk edib, hər il olduğu kimi Almaniyada tibbi müayinədən keçəcəyi haqda məlumat yayılıb. Hərçənd onun pasportu hüquq-mühafizə orqanlarındadır.
“Hazırda Koçaryan Ermənistandadır. O, Almaniyaya getmək niyyətindədir… amma hələlik ilkin istintaq orqanları tərəfindən hüquqi qadağası var. Müdafiə hazırda bu maneələrin aradan qaldırılması ilə məşğuldur”, – Koçaryanın vəkili Aram Orbelyan bildirib.