Ermənistanın Səhiyyə Nazirliyi xəbər verir ki, son iki həftədə A və B tipli qrip virusunun yayılması zəminində kəskin respirator xəstəliklərin fəallaşması müşahidə olunur.
Xəstələrdə yüksək hərarət, bədənində əzginlik, baş ağrıları müşahidə olunur.
Xəstəliklərin geniş yayılması qış mövsümünün sonunda baş verən və immun sisteminin zəifləməsinə səbəb olan avitaminozla izah olunur.
Qripdən və daha sonrakı ağırlaşmalardan qorunmaq üçün həkimlər artıq yoluxmuş insanlarla ünsiyyətdən uzaq olmağı, özünü müalicə ilə məşğul olmamağı və həkim təyinatı olmadan antibiotik qəbul etməməyi məsləhət görür, çünki antibiotiklər qripin müalicəsi üçün nəzərdə tutulmayıb. Həmçinin havaya uyğun geyinmək və gigiyenaya əməl eləmək – əlləri ilıq su və sabunla tez-tez yumaq, birdəfəlik salfetlərdən istifadə eləmək məsləhət görülür.