Ermənistanda havanın temperaturu yüksəlməkdə davam edir və bu günlərdə +39 dərəcəyə çata bilər.
Bununla bağlı olaraq həkimlər günorta saatlarında evdən çıxmamağı və çoxlu maye içməyi məsləhət bilir. KİV xəbər verir ki, Yerevanda yaşyarımlıq uşağın istidən öldüyü qeydə alınıb. Uşağın anası ehtimal edir ki, böyük ehtimalla uşağın ölümünə bir neçə gün əvvəl edilən peyvənd səbəb olub, çünki uşaq peyvənddən dərhal sonra özünü pis hiss etməyə başlayıb. Həkimlər isə hesab edirlər ki, uşağın ölümünə məhz isti hava səbəb olub.
Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir ki, həddən artıq yanğın təhlükəli vəziyyət yaranıb. Yanğınlardan profilaktika məqsədilə FHN məsləhət görür ki, yalnız ən çıxılmaz vəziyyətdə ocaq yandırılsın, sonra isə ocaq ya su, ya da torpaqla mütləq söndürülsün.
KİV vaxtaşırı olaraq FHN-nin bu xəbərdarlıqlarını da yayır: yandırılmış kibrit və siqaret kötüyünü hara gəldi atmamaq, maşınların yanında siqaret çəkməmək, təchizat sistemi nasaz olan maşınları sürməmək, günəş şüalarının düşüb qızdırdığı yerlərə butulka və şüşə qırıqları qoymamaq, çünki onlar linza təsiri ilə yanğına səbəb ola bilər, benzinli, kerosinli və ya digər yanacaq mayesi ilə isladılmış əskini ora-bura, xüsusən də quru ot olan yerlərə atmamaq.