Ermənistanda ildən ilə donorların sayı və toplanan qanın həcmi artır. Rəsmi məlumata əsasən, 2017-ci ildə 15 min dəfə qan verilib. Müqayisə üçün deyək ki, 2000-2001-ci illərdə 6000-7000 donor qanının verilməsi halı qeydə alınıb.
Amma Ermənistanın Səhiyyə Nazirliyindən bildirirlər ki, müsbət dinamikaya baxmayaraq, toplanan donor qanının həcminin artırılması vəzifəsi hələ də onların qarşısında durur.
“Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üçün böyük həcmdə qan komponentlərinə ehtiyac var. Çox vaxt xəstənin qohumları qan vermək durumunda olmur, amma bu o demək deyil ki, bu xəstə lazımi tibbi yardımı almayacaq. Belə hallarda donor qanından istifadə olunur”, – məlumatda bildirilir.
İyunun 14-ü Dünya Qan Donoru Günüdür. Ermənistanda bu gün təmənnasız donor qanının verilməsi aksiyası baş tutub. Tədbir “Qan bağışla, həyat xilas et, qəhrəman ol” devizi altında keçirilib.