Ermənistanda himnin dəyişdirilməsi müzakirə olunur
Foto: NPR.org
Dünyaca məşhur şansonye ŞarlAznavur bu günlərdə hazırkı himnin özünün “Sənin üçün, Ermənistan” mahnısı ilə əvəz olunmasını təklif edib.
Aznavurbu mahnının sözlərinin müəllifidir. Musiqisini isə JorjKarvarents bəstələyib. Pour toi Arménie 1988-ci ildə, dekabrın 7-də Ermənistanda baş verən dağıdıcı zəlzələdən bir neçə gün sonra zərərçəkənlərə yardım məqsədilə ərsəyə gəlib.İlk dəfə bu mahnını 1988-ci il dekabrın 20-də 87 məşhur fransız müğənni Fransa televiziyasının efirində ifa edib.
Bu bəyanat Ermənistan mətbuatında qızğın müzakirələrə səbəb olub. İncəsənət xadimləri , ziyalılar Ermənistanın hazırkı himni – “Bizim vətənimiz”i ümumiyyətlə dəyişməyə ehtiyac varmı yönündə fikirlərini səsləndirirlər.
Məsələn, müğənni Artur İspiryan deyib ki, şansonyenin mahnısı ahəngdardır və himn ola bilər: “Aznavur o qədər dəyərli insandır ki, o, həm mənim üçün, həm də bütün xalqımız üçün böyük bir zirvədir. Odur ki, onun təklifinə qulaq asmağa dəyər”. Müğənni hesab edir ki, himn dəyişilərsə, insanlar yeni himnə alışacaqlar.
Ermənistanın Bəstəkarlar İttifaqının sədri Aram Satyan bu təklifin əleyhinədir. “Hesab etmirəm ki, Ermənistanın himnini bu mahnı ilə əvəz etmək lazımdır, çünki bu, mahnıdır, himn deyil”, – Satyan deyib.
Musiqiçi YeqişyanPetrosyan deyib ki, himnin dəyişdirilməsi təklifini dəstəkləyir, amma “Sənin üçün, Ermənistan” mahnısı ilə yox. “Bunu himn eləmək ayıb olardı”, – o deyib.
Facebook sosial şəbəkəsinin istifadəçiləri də bu məsələ ilə bağlı fikirlərini bildirirlər. Baxmayaraq ki, ŞarlAvnavur Ermənistanda sevilir və sayılır, onun təklifi sosial şəbəkələrdə əsasən mənfi reaksiya doğurub:
“Aram Xaçaturyanın gözəl himni əvəzinə [söhbət Ermənistan SSR-in himnindən gedir] və ya “Yerazimyerkirayreni [Mənim arzum, doğma ölkəm]” milli himninin əvəzinə himn olaraq Aznavurun “Sənin üçün, Ermənistan” mahnısı nəzərdən keçirilir. Allah eləməsin ki, bu mahnı himn olsun: hər dəfə onu ifa edəndə biz zəlzələni xatırlayacaq və depressiyaya düşəcəyik”.
“Əgər dəyişirlərsə, qoy, Aram Xaçaturyanın himini qaytarsınlar, daha zəlzələni xatırladan mahnını yox. Bəsdir artıq: biz hər şeydə və hər yerdə faciə görən və xatırlayan xalqa çevrilmişik”.
“Ayıq başla düşünün. Dövlət himni oyuncaq deyil ki, hər kəs ona qarışsın. Ermənistan himninin dəyişdirilməsinin tərəfdarı olan hörmətli insanlar, əlinizi qəlbinizə qoyub düzünü deyin, axı hazırkı “Bizim vətənimiz” himni həmişə və yerində səslənib”.