Ermənistanda etirazlar səkkizinci gündür davam edir
Artıq səkkizinci gündür ki, Ermənistanda itaətsizlik hərəkatı davam edir. Təşkilatçıları onu məxməri inqilab adlandırıb və ona maraq saxlamaqda davam edirlər. Minlərlə adam bu hərəkatda səhər erkəndən gecə yarıya qədər iştirak edir.
Hərəkatın lideri, müxalifətçi deputat Nikol Paşinyan bildirib ki, əsəblərin mübarizəsi başlayıb. İtaətsizlik hərəkatı özünün paytaxtda hərəkəti və hökumətin bütün fəaliyyətini iflic vəziyyətinə salan aksiyaları ilə öz məqsədinə – Serj Sarqsyanın baş nazir postundan getməsinə nail olmağa çalışacaq.
Sarqsyanın özü Yerevanın “Şant” teleşirkətinə müsahibəsində vəziyyəti şərh edərkən, bildirib:
“Məcbur etmə tədbirləri tətbiq etmək istəyi yoxdur, amma ölkədə dərəbəylik hökm sürə bilməz. Cəmiyyətlərdə, tək Ermənistanda yox, şikayətlər həmişə var… Təəssüf ki, həyat səviyyəsi hələ də insanlara bütün istəklərini həyata keçirmək imkanı vermir. Amma burada problem narazılıqlarda və dəyişikliklərdə deyil.
Özünüz də görürsüz ki, bu illər ərzində vətəndaşların öz şikayətlərini və narazılıqlarını ifadə etmək imkanlarını genişləndirmişik. Artıq uzun illərdir ki, Ermənistanda insanların, dinc olmayan yol istisna olmaqla, öz narazılıqlarını ifadə etməsi üçün maneələr olmayıb. Düşünürəm ki, bu, hakimiyyətin də, insanların da xeyrinədir. Problem bu şikayət və etirazların nə dərəcədə qanuna uyğun olaraq ifadə edilməsindədir”.
Sarqsyan hesab edir ki, xalqın müdrikliyi düzgün qərar verməyə kömək edəcək:
“Onların etiraz, mitinq, yürüş və s. formalarının müəyyən dərəcədə başqa vətəndaşların və cəmiyyətin hüquq və azadlıqlarını məhdudlaşdırmalı olduğunu, keçilməli olmayan həddin olduğunu anlamalıdırlar”.
Hərəkat fəalları eyni vaxtda şəhərin müxtəlif hissələrində küçələri bağlamaqda davam edir. Polis hələ ki, bağlanan yolları aça və hərəkəti bərpa edə bilmir. Eyni zamanda polis səsucaldanlar vasitəsilə bildirir ki, aksiya qanunsuzdur və iştirakçıları saxlanılacaq, vaxtaşırı bu, baş verir.
JAMnews hərəkatın başladığı ilk dəqiqələrdən baş verənlərin bütün detallarını işıqlandırıb, indi də hadisələrin gedişatını izləməkdə davam edir.
Ermənistanda Serj Sarqsyanın hakimiyyətinin davamına etiraz edən partiyanın üzvləri saxlanılıb
Yerevan: müxalifət Serj Sarqsyanın hakimiyyətdə qalmasına qarşı fasiləsiz aksiyalara başlayıb
Ermənistanda hakimiyyət uğrunda mübarizə əvəzinə şou
Müxalifət Ermənistanın İctimai Radiosu binasına canlı efir tələbilə soxulub
Ermənistan müxalifəti məxməri inqilaba başlayır
Ermənistanda “məxməri inqilabın” altıncı günü. Hadisələrin xronologiyası
Yerevanda polis 122 itaətsizlik aksiya iştirakçısını saxlayıb, jurnalist döyülüb
Ermənistanda nə baş verir, əsas aktorlar kimdir və kim nəyə nail olmaq istəyir