Ermənistanda biznes-ombusmen institutunun təsis edilməsi ideyası fəal şəkildə müzakirə olunur. Təşəbbüs sahiblərinin sözlərinə görə, bu institutun əsas vəzifəsi sahibkarların maraqlarının qorunması və pozulmuş haqlarının bərpası olacaq.
Siyasətçilər və ekspertlər bu məsələni müzakirə etdiyi müddətdə Ermənistanın ədliyyə nazirinin müavini Suren Krmoyan bu gün deyib ki, “iş adamlarının hüquqlarının qorunması” layihəsi artıq hazırdır və geniş müzakirəyə verilib. Daha sonra layihə əlavə və dəyişikliklər edilmiş halda parlamentdə müzakirə olunacaq.
Krmoyan qeyd edib ki, biznes-ombudsmenin vəzifələrindən biri iş adamlarının fəaliyyəti zamanı ortaya çıxan problemlərə operativ reaksiya vermək, onların maraqlarını təmsil və müdafiə etməkdən ibarətdir. Bundan başqa ədliyyə nazirinin müavininin sözlərinə görə, biznes-ombudsmen sayəsində investisiyaları stimullaşdırmaq, biznesə dəstək vermək, biznes ab-havasını yaxşılaşdırmaq və s. mümkün olacaq.
Biznes-ombudsmen ideyasına ilk qarşı çıxan Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan olub. O bildirib ki, yenisini yaratmaqdansa artıq mövcud olan İnsan Haqları Müdafiəçisi İnstitutunuinkişaf etdirmək daha yaxşı olar. Arman Tatoyanın sözlərinə görə, biznes-ombudsmen mahiyyətcə onun vəzifələrini yerinə yetirəcək: “Ən uzağı bu adam elə mənə də müraciət edə bilər və belə dublyaj bizim işimizə mane olacaq. Mən buna qarşıyam”.
İqtisadçı, Ermənistanın Milli Məclisinin müxalif vitse-spiker Mikael Melkumyan deyib ki, biznes-ombudsmenə tələbat var, çünki xüsusən də xırda və orta biznesi müdafiə etmək lazımdır: “80 min iş adamının hüququnu qorumaq lazımdır, onların müraciət edəcəkləri bir yer yoxdur”.
Facebook istifadəçiləri bu məsələ ətrafında hələ fəal müzakirələrə başlamayıblar, amma artıq bir neçə şərh gözə dəyir:
“Bəs işçilərin hüquqlarının müdafiəsi üzrə institut yaratmaq istəmirsiz? Məgər bu, daha önəmsiz məsələdir? Bu gen Ermənistanda işverənlər istədiklərini edirlər, işçilər isə onların özbaşınalıqlarındanmüdafiə olunmayıblar”.
“Biznes-ombudsmen?.. Bəs onun maraqlarını kim qoruyacaq?”