1 may Ermənistanda qeyri-iş günüdür. Xüsusi təmtəraqla olmasa da, Beynəlxalq Əmək və Əməkçi Günü qeyd olunur. Ancaq Ermənistan Kommunist Partiyasının üzvləri hər il qırmızı bayraq və qalstuklarla nümayişə çıxır, ilk dəfə 1 mayın 1890-cı ildə qeyd olunduğunu xatırladırlar.
Amma bayram məşğulluq sahəsində mövcud problemlərə bir daha diqqət yetirmək və əməkçilərin tapdanan hüquqlarının müdafiəsi məsələsini qaldırmaq üçün səbəb olur. Ekspertlərin qeyd etdiyinə görə isə onların sayı Ermənistanda çoxdur: məzuniyyət müddətində maaşların verilməməsindən, əmək haqlarının gecikdirilməsindən, tam ödənməməsindən tutmuş əsassız işdən çıxarılmalara qədər.
Bu problemlərin mövcudluğu haqda hakimiyyət də məlumatlıdır. Əmək və Sosial Məsələlər nazirinin əmək və məşğulluq məsələləri üzrə baş müşaviri Tadevos Avetisyan bu gün jurnalistlərə bütün yuxarıda sözügedən problemləri sadalayıb və qeyd edib ki, ən təhlükəli hal qeyri-leqal əməkdir, çünki qeydiyyata alınmayan işçi hüquqları pozulan zaman öz haqlarını qoruya bilmir.
Öz növbəsində əksər hüquq müdafiəçiləri hesab edir ki, ölkənin ən böyük problemi işsizlikdir. Ermənistan Milli Statistika Xidmətinin dərc etdiyi göstəricilərə görə, 2015-ci ilin sonuna uyğun olaraq Ermənistanda 243.700 nəfər işıq qeydə alınıb, onlardan 120.400 nəfəri kişi, 123.300 nəfəri qadındır.
Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Saqsyan bayram münasibətilə ölkə sakinlərini təbrik edib. O, hər kəsə məhsuldar əmək arzu edib və vurğulayıb ki, “vicdanlı qazanc ələ əbədi dəyərdir”.