Ermənistanda əcnəbilərə qanundan kənar övladlığa uşaq verən cinayətkar dəstə aşkarlanıb
Ermənistanın Milli Təhlükəsizlik Xidməti uşaqların qanundan kənar övladlığa verilməsi sxeminin üstünü açıb. İtaliyadan olan cütlüklərə övladlığa verilən ən azı on üç körpə haqda məlumat mövcuddur. Üstəlik onların övladlığa götürülməsi qanunvericiliyin kobud pozulması ilə həyata keçirilib.
Uşaqların hansı məqsədlə övladlığa götürüldüyü və körpələrin orqan mafiyasına satılacağı ehtimalının olub-olmadığı hələlik məlum deyil, amma belə bir təhlükə var.
İş artıq daha detallı araşdırılmaq üçün İstintaq Komitəsinə göndərilib.
• Ermənistanda yetkinlik yaşına çatandan sonra həyatı uşaq evində keçənlərin taleyi necə olur?
Olayın təfərrüatları
Şübhə doğuracaq qədər çox sayda erməni uşağın əcnəbilər tərəfindən övladlığa götürülməsi 2019-cu ilin yanvarından başlayıb.
Bu zaman parlamentdə Ailə Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Həmin vaxt baş nazirin müavini səlahiyyətlərini yerinə yetirən Ararat Mirzoyan bəyan edib ki, uşaqların orqan transplantasiyası üçün övladlığa götürüldüyü faktə mövcuddur.
“İşlədiyim bir neçə ay ərzində mən var qüvvəmlə bu düyünü çözməyə çalışmışam və məndə həmişə belə bir hiss yaranır ki, burada nəsə düz deyil. Hər şey açılmağa yaxın, amma mən elə də əhəmiyyətli nəticələr əldə edə bilmədim. Söz açdığımız pullar doğum evlərindən başlayır, digər müəssisələrə qədər davam evi və bu, aysberqin yalnız görünən hissəsidir”.
Maraqlıdır ki, o vaxt Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olan Artur Vanetsyan Mirzoyana kəskin etiraz edib. O, əminliklə bildirib ki, əcnəbilər tərəfindən övladlığa götürülən bircə uşağın da başına belə bir iş gəlməyib.
“Vəziyyət bizim ciddi nəzarətimizdədir, belə hallar olmayıb”, – Vanetsyan deyib.
Onun sözlərini Ermənistanın baş prokuroru Artak Davtyan da tədsdiqləyib.
Əcnəbilər tərəfindən övladlığa götürülən uşaqların mövzusu qapanıb. 2019-cu ilin noyabrında isə Milli Təhlükəsizlik Xidməti qanunsuz uşaq övladlığa götürülməsi sxemini ifşa etdiyinə dait səs-küylü bəyanat yayıb.
MTX-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir:
“İki nəfər Ermənistan vətəndaşı respublikanın mamalıq müəssisələrinin birində, bir sıra qurumlarda, o cümlədən də uşaq evlərindəki əlaqələrindən yararlanaraq İtaliya vətəndaşlarının 30-dan çox uşağı övladlığa götürməsini təşkil edib”.
Sən demə, anaları öz övladlarından imtina etməyə təhrik edirlərmiş. Bunun üçün onlara psixoloji və mənəvi təzyiq göstəriblər. Dələduzlar qurbanlarını əsasən şəxsi səbəblər və ya sosial problemlər üzündən hamiləliyi sonlandırmaq istəyən qadınlar arasında seçirmiş.
Bəzi hallarda qadınları hamilə olduqları faktını açıqlayacaqları ilə təhdid ediblər. Ananı uşağın xəstə doğulduğuna inandırdıqları hallar da olub. Əlbəttə ki, bu informasiya ya həqiqətə uyğun olmur, ya da çox şişirdilmiş olurdu.
Doğuşdan sonra canilər uşaqdan imtina sənədi əldə edir, körpələri uşaq evlərinə köçürürdülər və çox vaxt bunu saxta “diaqnozlara” əsaslanaraq edirdilər.
Bununla belə doğum evinin əməkdaşları “uşaq doğan qadınlardan onlara göstərilən tibbi ximət haqqını almağı da unutmurdular”.
Üstəlik, əgər Ermənistan vətəndaşları arasında bu uşaqları övladlığa götürmək istəyən olarsa, cinayətkar dəstənin üzvləri müxtəlif bəhanələrlə prosesə mane olurdu. Məsələ burasındadır ki, qanuna əsasən, uşaqların övladlığa götürülməsi zamanı yerli vətəndaşlara prioritet tanınmalıdır.
Övladlığa götürmə sisteminə dəyişikliklər haqda
2019-cu ilin yayından ölkədə övladlığa götürmə sisteminin necə dəyişdirilməsi məsələsi müzakirə olunmağa başlayıb. Ekspertlərin fikrincə, hazırı sistem çox riskləri ehtiva edir.
Haızrda valideynlik hüququ tanınan zaman potensial valideynlərin yaşayış-məişət şəraiti nəzərə alınır. Amma valideynlik bacarığı və bilikləri diqqətdən kənarda qalır. İndi artıq övladlığa götürmənin yeni qaydaları hazırlanıb. Yeni sistem hətta hazırlıq kurslarını da nəzərdə tutur – uşaq övladlığa götürmək istəyən həm yerli vətəndaşlar, həm də əcnəbilər üçün.
“İslahatlar müqayisə prosedurlarının tətbiqini nəzərdə tutur. Potensial valideynin arzuları və tələblərinin dəqiq müqayisəsi aparılmalıdır. Prosedur iki mərhələdə həyata keçiriləcək. Xarakter xüsusiyyətlərindən tutmuş bir çox amillər nəzərə alınacaq”, – Əmək və Sosial Məsələlər Nazirliyinin uşaq məsələləri üzrə şöbəsinin rəisi Anahit Kalantaryan deyir.
Övladlığa götürmənin yeni qaydası həmçinin dəqiq nəzarət mexanizmlərinin də tətbiqini nəzərdə tutur. Məsələn, uşağı övladlığa götürən yerli sakinlərin evinə monitorinq ziyarətləri, yarım ildən bir məişət şəraitinin yoxlanılması həyata keçiriləcək.
Əcnəbilər tərəfindən övladlığa götürülən uşaqlara gəlincə, Ermənistan vətəndaşı olan uşağın qeydiyyatı övladlığa götürən valideynlərin daimi yaşayış yeri üzrə Ermənistan səfirliyində baş tutacaq. Əgər Ermənistanın bu ölkədə diplomatik nümayəndəliyi yoxdursa, il Ermənistanın Xarici İşlər Nazirliyinə keçir.
Amma praktika göstərir ki, uşaq əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürüldüyü zaman uşağın izi itirilir.