Ermənistan yenə də Suriyaya humanitar yardım göndərib
Paylaşmaq
Paylaşmaq
Ermənistan Rusiyanın vasitəçiliyi ilə Suriyaya növbəti humanitar yardım – ərzaq və ilk zərurət əşyaları göndərib. Ermənistanın Müdafiə naziri qeyd edib ki, Rusiya tərəfi təklif edib ki, KTMT çərçivəsində qüvvələrini birləşdirsinlər və Suriyaya birgə yardım etsinlər. Ermənistan humanitar yükü hazırlayıb, Rusiya isə təyyarə ilə təmin edib.
Müdafiə naziri Vigen Sarqsyan bununla bağlı deyib ki, Ermənistan dəfələrlə beynəlxalq humanitar yardımın vacibliyini öz üzərində hiss edib, yüz il əvvəl isə məhz Suriya xalqı “qorxunc fəlakət anlarında erməni xalqına qapılarını açıb, erməniləri qəbul etmişdi” [söhbət 1915-ci il genosidindən və ermənilərin Osmanlı imperiyasından deportasiyasından gedir].
Ermənistan mediası məlumat verir ki, Ermənistanın göndərdiyi humanitar yardım insanlara milliyətindən asılı olmayaraq çatdırılacaq. Yardımın paylaşdırılması ilə yerli erməni təşkilatları ilə yanaşı beynəlxalq humanitar təşkilatlar da məşğul olacaq.
Humanitar yardımın Suriya əhalisinə göndərilməsi üçün Ermənistan hökuməti ehtiyat fondundan 46 milyon dramdan artıq (təxminən 100 min dollar) vəsait ayırıb.
Ermənistan prezidentinin tapşırığı ilə Suriya münaqişəsindən zərər görənlərə humanitar yardım həmçinin 2016-cı il oktyabrın 3-də və 5-də də göndərilib. Bu müddət ərzində Suriyaya göndərilən yük ümumilikdə 40 ton olub.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və nöqteyi-nəzərini əks elətdirir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər.