Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Nyu-Yorkda görüşəcəklər. Bu haqda Ermənistan jurnalistləri ilə brifinqdə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan deyib.
O həmçinin bildirib ki, görüş sentyabrda baş tutacaq.
“Görüşün gündəmində dəfələrdə danışdığımız mövzular var: danışıqlar prosesinin davam etdirilməsi üçün müvafiq şəraitin yaradılması”, – Ermənistan xarici işlər naziri deyib.
Sonuncu dəfə Ermənistan və Azərbaycan xarici işlər nazirləri iyulun 11-də görüşüblər.
Edvard Nalbandyan həmçinin bildirib ki, danışıqların alternativi yoxdur: “Velosiped icad eləmək çətindir. Nə var, nə olub – elə bunlar ıətrafında da danışıqlar aparacayıq”.
Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşü ilə bağlı Nalbandyan qeyd edib ki, hələ heç nə məlum deyil.