Ermənistan və Avropa İttifaqı hərtərəfli və geniş tərəfdaşlıq haqda Saziş ətrafında danışıqları sona çatdırıb
Paylaşmaq
Paylaşmaq
“Bugünkü görüşün mərkəzi mövzusu Ermənistan və Avropa İttifaqı arasında çərçivə sazişi oldu. Və mən bu gün məmnuniyyətlə deyə bilərəm ki,tərəflər danışıqları sona çatdırdı. Yeni hüquqi sənəd – Hərtərəfli və geniş tərəfdaşlıq haqda Saziş – Ermənistan və Aİ münasibətlərinin real miqyasını və dərinliyini ifadə edir”, – Ermənistan prezidenti Serj Sarqsyan Avropa Şurası başçısı ilə görüşünün yekunları haqda danışarkən bildirib.
Ermənistan tərəfi həmçinin ayrı-ayrı tərəfdaşlıq sahələrini, o cümlədən “Horizont 2020” innovasiya proqramını, kiçik və orta biznesə dair layihəni əhatə edən proqramların imzalanmasını da irəliləyiş hesab edir. Ümumi aviazona haqda razılaşma üzərində iş davam edir, ölkənin “Yaradıcı Avropa” təşəbbüsünə qoşulması üzrə iş başlayır.
Ermənistan prezidenti hesab edir ki, əvvəlki iki il ərzində Ermənistan və Avropa İttifaqının əməkdaşlığı əhəmiyyətli dərəcədə aktivləşib: siyasi dialoqda irəliləyiş əldə edilib, müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edib:
“Mən həmçinin Ermənistanla viza rejiminin sadələşdirilməsi ətrafında dialoqun başlanmasına da ümid edirik və bu, Riqa Sammitinin Şərq Qonşuluğu müştərək deklarasiyasında öz əksini tapıb. Bu, xalqlarımız arasında əlaqələrin genişlənməsi və dərinləşməsinə müsbət təsir göstərə bilər”.
Belçikaya rəsmi səfər çərçivəsində prezident Serj Sarqsyanın digər yüksək mövqeli məmurlarla və erməni icmasından olan bir qrup sahibkarla görüşləri də planlaşdırılıb.