Ermənistan Qarabağı tanımağa hazırlaşır
Foto: Eriq Grigoryan
Ermənistan mediasının xəbərinə görə, mayın 5-də Ermənistan hökumətində “Artsaxın tanınması haqda qanun layihəsinə “müsbət rəy verilib. İndi sənəd Ermənistan parlamentində nəzərdən keçiriləcək. Qanunverici orqan onu yaxın vaxtlarda özünün növbədənkənar iclası zamanı müzakirə edəcək.
Qanun layihəsi “İrs partiyasından olan deputat, Zarui Postandjyan və Erməni Milli Konqresinin deputatı, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan tərəfindən təqdim edilib.
Müəlliflər təqdim etdikləri qanun layihəsini aşağıdakı kimi əsaslandırdılar: “Ermənistan Respublikası ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların Artsax Respublikasına ilk növbədə, sonuncunun razılığı ilə başqa status verə biləcəyindən çıxış edərək DQR-i tanımırdı. Azərbaycan Respublikası keçmiş Azərbaycan SSR-nın sərhədlərinə uyğun gəlməyən və Artsaxın (Qarabağın) hüdudları kənarında məsələnin hər hansı bir həllini qəbul etmir. 2007-ci il tarixli Madrid prinsipləri və onların 2009-cu il tarixli yenilənmiş variantı DQR Konstitusiyasına ziddir və deməli yolverilməzdir.
Ermənistan KİV-i həm də qanun layihəsinin müəlliflərindən biri olan Zarui Postandjyanın bəyanatını dərc edib: “Dünya Qarabağa qarşı təcavüzü pisləmədə və deməli DQ-ı tanımaq lazımdır. Bu, erməni xalqının siyasi bəyanatı olacaq. Tanımağın alternativi yoxdur. Biz dünyanın hesablaşmalı olacağı və o cümlədən güc mövqeyindən çıxış edə bilən siyasi amilə çevriləcəyik. Bu, yeni arzuolunmaz proseslərin qarşısını alacaq.
Zarui Postandjyan üzvü olduğu “İrs partiyasə DQ-ın tanınması ilə bağlı qanun layihəsini 2009-cu ildən müzakirə etmək təklif edir, amma hökümət onu rədd edirdi və bunu danışıq proseslərinə ziyan vermək istəmədikləri ilə izah edirdilər. Vəziyyət aprelin əvvəlində fəal hərbi əməliyyatların başlanmasından sonra dəyişdi.
Bu haqda bu günkü mətbuat konfransı zamanı Qafqaz İnstitutunun direktoru Sergey Minsayan da deyib:
“Düşünürəm, hamıya aydındır ki, hökumətin bu qərarı prezidentin aprelin əvvəlində baş verən məlum hadisələr zamanı verdiyi bəyanatın məntiqi davamıdır, bu bəyanata görə, Azərbaycanın geniş miqyaslı hərbi əməliyyatlara başlaması təqdirdə Ermənistan Dağlıq Qarabağ Respublikasını tanıyacaq. DQR-in tanınması faktı ola bilsin, Azərbaycanın geniş miqyaslı hərbi əməliyyatlara başlaması təqdirdə ödəməli olduğu siyasi bədəldir.
Xarici işlər nazirinin müavini Şavarş Köçaryan hökumətin “Artsaxın tanınması haqda rəyini şərh edərkən, bildirib: “Dağlıq Qarabağ üzrə danışıqlarda irəliləyiş Bakının belə bir subyektin olduğunu inkar etdiyi vaxt deyil, bilavasitə Qarabağla danışıqlar apardığı vaxt olub. 1994-cü il Bişkək danışıqları ona görə mümkün oldu ki, Bakı DQR-nın xarici işlər naziri Arkadi Qukasyan, sonra da prezident Robert Koçaryanla birbaşa danışıqlar aparırdı.
Həm də bu danışıqlar Azərbaycanın rəhbəri Heydər Əliyevin razılığı ilə həyata keçirilirdi. İndi isə Azərbaycan Qarabağın danışıqlarda tərəflərdən biri olmasına qarşı çıxır, o özünün danışıqlar prosesindən destruktiv addımlar atmaq üçün pərdə kimi istifadə etmək siyasətini davam etdirir.
Sosial şəbəkələrdə mövzunun müzakirəsi hələ aşağıdakı kimi görünür:
“Ssenari görünür belədir, qanun layihəsi parlamentdə “asılı vəziyyətdə qalacaq. Azərbaycan geniş miqyaslı əməliyyatlara qayıtmağa cəhd göstərən kimi qanun layihəsi dərhal qəbul olunacaq. Ermənistan Qarabağı tanıyandan sonra, onu daha hansısa ölkələr tanıyacaq və vəziyyət dəyişəcək. Azərbaycan serapatçılarla mübarizə apardığını demək imkanını itirəcək.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 5.05.2016