Yunan-roma güləşi üzrə Dünya Çempionatının finalında Artur Aleksanyan 98 kq çəki dərəcəsində 3:1 hesabla Rusiya təmsilçisi Musa Yeloyüvə qalib gələrək üçqat dünya çempionu olub.
Yarımfinalda Artur Aleksanyan 8:0 hesabı ilə Özbəkistan təmsilçisi Rüstəm Asakalovu, dörddə bir finalda isə 6:2 hesabla Gürcüstan təmsilçisi Revaz Nadareişvilini məğlub edib.
Artur Aleksanyan 2014 və 2015-ci illərdə də dünya çempionu olub. 2012, 2013 və 2014-cü illərdə isə o, Avropa çempionu titulunu qazanıb. Aleksanyan 2016-cı ilin olimpiya çempionu, 2012-cui il Olimpiya Oyunlarının bürünc medalçısıdır. 2015-ci ildə Ermənistanın ən yaxşı idmançısı adına layiq görülüb.
Artur Aleksanyan Ermənistanın ən yaxşı idmançısı elan olunan zaman JAMnews onun uğurları haqda yazıb. Güləşçi bildirir ki, həmişə öz qələbələrinə təmkinlə yanaşır.
“Ölkəmiz idmançı ölkədir, istedadlı idmançılarımız çoxdur. Onlar arasında birinci seçilmək mənim üçün böyük şərəfdir. Düşünürəm ki, zəhmətsevərlik və iradəli xarakter sayəsində qələbə çalmaq mümkün olur. Həm də məşqçim olan atam mənə çox kömək edir, səhvlərimi birlikdə düzəldirik. Hər turnirdən sonra qələbələri və məğlubiyyətləri unuduram və qarşıma yeni hədəflər qoyaraq növbəti yarışlara hazırlaşmağa başlayıram”, – Artur Aleksanyan bildirib.