Ermənistan beynəlxalq təşkilatlardan daha aşağı faizlə kredit ala biləcək
Moody’S reytinq agentliyi Ermənistanın “suverenlik reytinqini” “B1”-dən “Ba1”-ə qaldırıb.
Təşkilatın ekspertləri Ermənistan iqtisadiyyatının diversifikasiya olunmasını müsbət dəyərləndirir və ÜDM artımının yüksək tempini proqnozlaşdırırlar.
Moody’S-in qərarına məhz hansı amillər təsir edib?
Təşkilat mütəxəssislərinin dəyərləndirməsinə görə, Ermənistanın reytinqinin yüksəlməsinə makro-iqtisadi göstəricilər, o cümlədən də ÜDM artımının yüksək tempi və ümumi stabil makro-iqtisadi vəziyyət təsir edib. Bundan başqa, onlar hesab edirlər ki, bu stabillik ölkədə bundan sonra da davam edəcək.
Moody’S-də hesab edirlər ki, Ermənistanın iqtisadi yüksəlişi diversifikasiya olunub və hansısa sahədən ciddi asılılıq mövcud deyil:
“Artım amillərinin yüksələn diversifikasiyası makro-iqtisadi siyasətin stabilləşməsi təcrübəsinin çoxalması ilə ahəngdə Ermənistan iqtisadiyyatını möhkəmləndirir. Dövlət maliyyəsinin möhkəmləndirilməsi üzrə davam edən tədbirlər də çox güman ki, fiskal [iqtisadi stabilliyin təmin edilməsi üçün hökumət siyasəti – JAMnews] gücün 2014-17-ci illərdə zəifləyən hissəsini tədricən bərpa edəcək”.
Bu Ermənistana nə verir?
Ermənistanın baş naziri şəxsən medianın diqqətini Moody’S-ın məlumatına yönəldib. Nikol Paşinyan hesab edir ki, reytinqin yaxşılaşması onun hökumətinə yeni imkanlar verir:
“Bu, Ermənistam iqtisadiyyatına münasibətdə etimadı gücləndirən həqiqətən də mühüm hadisədir bə bu, ölkəmizin investisiya cazibəsini kifayət qədər yüksəldir”.
Facebook sosial şəbəkəsindəki səhifəsində baş nazir həmçinin bunları yazıb:
“Ermənistanda informasiya texnologiyalarının inkişafının vacibliyi xüsusi qeyd olunub, hansı ki, əsasən yüksək texnologiyalar sahəsində tədqiqatlarla və ixtiralarla məşğuldur və iqtisadiyyat üçün elmi biliklərə əsaslanan möhkəm təməl təşkil edir”.
Milli Məclisin hakim “Mənim addımım” fraksiyasından olan deputatı Artak Manukyan JAMnews-a bu haqda açıqlama verib:
“Moody’S-in reytinqi birinci növbədə kredit faizlərinə təsir edəcək. Bizim götürdüyümüz kreditlərin və buraxdığımız qiymətli kağızların. Daha proqnozlaşdırılan və etibarlı tərəfdaş olaraq biz daha münasib şərtlərlə maliyyə axıtı əldə edəcəyik. Bu isə öz növbəsində əlverişli investisiya mühiti yaradacaq”.
Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan bu qiymətləndirmə ilə razılaşıb:
“Reytinq yüksələndə ümumilikdə ölkəyə olan etibar da yüksəlir. Bu isə bizim qiymətli kağızlarımızın alınacağı faizlərə birbaşa təsir edəcək. Onlar daha az riskli aktivlər olacaq”.
Baqrat Asatryan başqa bir müsbət amili də qeyd edir: reytinqin yüksəlməsi ölkə daxilində kredit faizlərini də azalda bilər.