Ermənistan demokratik isahatların həyata keçirilməsi üçün ABŞ-dan 40 milyon dollar həcmində əlavə maliyyə yardımı alacaq. Dağlıq Qarabağa yardım şəklində əlavə 1,5 milyon dollar ayrılıb.
Konqresmenlər necə səs verib
Ermənistana əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsinin lehinə 268 konqresmen səs verib. Layihənin təşəbbüskarı kimi amerikalı konqresmen Ceki Kançelyan-Şpeyer çıxış edib. O bildirib ki, əlavə vəsaitlərin təqdim olunması vacib simvolik addımdır. Və onu göstərir ki, ABŞ Ermənistan hökumətinin məxməri inqilabdan sonrakı hərəkətlərini qiymətləndirir.
“Ermənistanın əlində özünün demokratik nailiyyətləri üçün konsolidasiyaya və dayağa nadir potensial imkan var. Ermənistan dəqiq siqnal haqqı qazanıb ki, ABŞ demokratik islahatları dəstəkləyir və bu islahatların həyata keçirilməsi üçün vəsaitlər təqdim ediləcək”, – ABŞ Nümayəndələr Palatasının iclasındakı çıxışında xanım Şpeyer deyib.
Yeri gəlmişkən, Nümayəndələr palatasının maliyyələşdirmə üzrə komitəsinin başçısı, respublikaçı Hel Rocers özü Ermənistana əlavə maliyyələşmənin ayrılmasının əleyhinə idi. O, öz mövqeyini belə izah edirdi ki, bu, “Rusiya təcavüzü ilə üz-üzə qalmış Avropadakı vacib tərəfdaşların maliyyələşmə səviyyəsinin azalmasına gətirib çıxara bilər”.
Bu barədə Ermənistanda nə danışırlar
ABŞ-ın maliyyə yardımı Ermənistanda öz mövcudluğunu təsdiq etmək imkanıdır – siyasi texnoloq Vigen Akopyan belə hesab edir. Belə ki, əməkdaşlığın yerdə qalan istiqamətləri başqa oyunçular, ələlxüsus Rusiya tərəfindən məşğul edilib.
Siyasi texnoloqun sözlərinə görə, məbləğ hətta Ermənistan ölçülərinə görə də simvolikdir, lakin ABŞ-ın Ermənistanla münasibətləri strategiyası ilə uzlaşır:
“Amerikanın yuxarı dairələrində Ermənistanın regiondakı rolunu və əhəmiyyətini çox yaxşı anlayırlar. Əgər məlum səbəblər üzündən amerikalılar Ermənistanda müdafiə və təhlükəsizlik sahəsində əsas rolu oynaya bilmirlərsə, özlərini kifayət qədər inamlı hiss etdikləri başqa sahə var. Bu pullardır. Levon Ter-Petrosyanın [Ermənistanın birinci prezidenti – JAMnews] prezidentliyi dövründən başlayaraq, Rusiya Ermənistanın hərbi və energetik təhlükəsizliyini təmin edib, ABŞ və Qərb isə ümumilikdə maliyyə donorları kimi çıxış ediblər”.
Vigen Akopyan onu da istisna etmir ki, maliyyə yardımı haqqında məlumat KİV-lərdə ona görə peyda olub ki, Ermənistan və Azərbaycan XİN-lərinin başçılarının görüşü ərəfəsində ölkədə müsbət fon yaransın. Zöhrab Mnatsakanyanın və Elmar Məmmədyarovun danışıqları iyunun 20-də Vaşinqtonda baş tutmalıdır.