Ermənistan: əksəriyyət hökumətin fəaliyyətini bəyənir, lakin onun məhsuldarlığından şübhələnənlərin sayı artıb
Rəyi soruşulanların 76 faizi Ermənistan baş nazirinin aparatının işindən razıdır, 63 faizi – parlamentin fəaliyyətini müsbət qiymətləndirir.
Bu, Beynəlxalq Respublikaçılar İnstitutunun yeni tədqiqatının nəticələridir. Rəqəmlər hakimiyyətin işinin kifayət qədər yüksək səviyyədə bəyənildiyini göstərir. Lakin eyni zamanda sorğu cəmiyyətdə dövlət institutlarına etimadın azalmasını müəyyən edib.
Misal üçün, sorğuda iştirak edənlərin 27 faizi hökumətin ən böyük çatışmazlığı kimi pis idarəetməni qeyd edir. Belələrinin sayı bu yaxınlarda – 2019-cu ilin mayında keçirilmiş son sorğudakından beş faiz çox olub.
• İnqilabdan sonra: Yeni Ermənistanda həyatın ilk ili
• Ermənistanda hökumətin sərt senzura tətbiq etməyə çalışmasından ehtiyat edirlər
Ermənistan sakinləri nədən razıdırlar
Hazırkı hakimiyyətin nailiyyətlərindən biri korrupsiya ilə mübarizə hesab olunur. Rəyi soruşulanların
• 66 faizi hesab edir ki, hökumət korrupsiya ilə mübarizə üçün kifayət qədər addım atır;
• 70 faizi bu mübarizəni effektiv hesab etmir;
• 30 faizi hökumətin ən böyük nailiyyəti kimi korrupsiyanın azalmasını qeyd edir.
Sakinlərin çoxu məhkəmə islahatlarının gedişi ilə maraqlanırlar. Rəydə iştirak edənlərin:
• 82 faizi hesab edir ki, məhkəmə islahatı öncül vəzifə olmalıdır;
• 60 faizi əvvəlki hakimiyyətin cinayətlərinin araşdırılmasını gözləyir – korrupsiya və qanunsuz varlanmadan tutmuş, insan haqlarının pozulması və seçkilərdə saxtalaşdırmaya qədər.
İnsanlar aşağıdakıları müsbət dəyişiklik hesab edirlər:
• insanların psixoloji vəziyyətinin yaxşılaşması (19 faiz);
• demokratiyanın bərqərar olması (13 faiz);
• keçmiş hakim Ermənistan Respubikaçılar Partiyasının siyasi səhnədən gedişi (13 faiz).
Ermənistan sakinləri nədən narazıdır
Respondentlər ən çox sosial-iqtisadi problemlərin həll olunacağına əmin deyillər (əvvəlki 18 faizlə müqayisədə 29 faiz).
Yeni iş yerlərinin yaradılmasını zəruri hesab edənlərin sayı artmaqda davam edir (əvvəlki 30 faizlə müqayisədə 38 faiz).
Bununla birlikdə, pis idarəetməni hökumətin ən böyük çatışmazlığı hesab edənlərin sayı 27 faiz təşkil edir. Bu, may ayında keçirilmiş sorğunun nəticələrinə nisbətdə beş faiz çoxdur.
Şərh
Politoloq Hrant Mikaelyan
özünün Facebook səhifəsində
«İnqilaba sorğu heç də bitməyib. Fikrimcə, bu, sabitliyin pozulmasına gətirib çıxara bilər. …Fəaliyyətin bəyənilməsi həmişə etimad demək deyil. Misal üçün, Karapetyanın [Karen Karapetyan 2016-cı ildən 2018-ci ilə qədər Ermənistanın baş naziri olub — JAMnews] fəaliyyətini 2017-ci ilin iyulunda 71,7 faiz bəyənirdi, lakin ona etimad az idi – 63,4 faiz. İstisna etmək olmaz ki, Paşinyanın da etimad göstəricisi bəyənənlərin faiz göstəricisindən az olacaq.
2018-ci ilin fevral-aprel aylarında orduya 83 faiz etimad edirdi, hakimiyyət dəyişiləndən sonra onun fəaliyyətinin bəyənilməsi səviyyəsi 74 faiz təşkil edirdi. Bu azalma orduya münasibətdə ictimai qrupların tənqidi yanaşması, həmçinin “Yerkrap” [1993-cü ildə yaradılmış könüllülər ittifaqı — JAMnews] lideri Manvel Qriqoryanın korrupsiyada ifşa edilməsinin fonunda baş verirdi.
Lakin sonradan vəziyyət stabilləşdi, eyni zamanda baş nazir orduya etimadın artırılması üçün bir sıra tədbirlər gördü. Hazırda ordunun fəaliyyətinin bəyənilmə göstəricisi 91 faiz səviyyəsindədir».