Ermənilər Rusiyada
Asudə vaxtını idman tədbirlərində keçirmək, buna dəyən idman hadisələrində iştirak etmək erməni idman sevərlər üçün nadir haldır. Futbol üzrə milli yığmanın təkcə evdə keçirilən oyunları stadionda minlərlə azarkeş toplayır. Buna görə də bütün müntəzəm birinciliklər və idman tədbirlərini sevənlər “idman aclığını yaşayır.
Ölkənin özünü hörmətdən salan və oyunlarına ancaq bu klubların ən vəfalı fanatlarının, ən yaxşı halda da çıxış edən futbolçuların qohumları və dostlarının getdiyi futbol çempionatından başqa, Ermənistanda digər müntəzəm turnirlər keçirilmir.
Həmin bu idman həyatı aclığı şəraitində də sovet dövründə mövcud olan “Urartu basketbol klubunun yenidən yaradılması haqqında qərar verildi. Yeni “Urartu quru səhra ortasında vahə kimi “çiçəkləndi. Hələ bir neçə ay əvvəl klubun rəhbərliyi özünün Rusiyanın “Superliqa-1 birinciliyində iştirak edəcəyini elan etdi.
Bu il basketbol əsl furor etdi. Əsasən xarici klublarda çıxış edən erməni millisinin legionerlərindən formalaşdırılan Ermənistanın basketbol üzrə milli yığması Avropanın kiçik ölkələri birinciliyində qalib gəldi.
Qələbə öz yerində, amma Ermənistanda basketbola görə məsul olanlar yaranan ruh yüksəkliyini saxlamaq, uğuru inkişaf etdirmək və Avropa və dünya birinciliklərinin təsnifat mərhələlərində iştirak etmək istədilər. Yığmanın özəyini saxlamaq üçün onun bazasında sovet dövründə mövcud olan “Urartu basketbol klubu yenidən yaradıldı.
Sevincdən başqa, bu təşəbbüs həm də narahatçılıq üçün əsas yaratdı, bu hiss indi də qalır. Problemlərdən biri beynəlxalq standartlara cavab verən idman zalının olmamasıdır. Klub rəhbərliyi dərhal bu istiqamətdə işləməyə başladı, amma onların Yerevanda keçirilən birinciliyin ilk iki turnirinə qədər yeni zalın olmasını təmin etməyə vaxtı çatmadı. Deyilənə görə, zal komandanın ölkədə üçüncü çıxışına qədər hazır olmalıdır.
Narahatçılıq üçün daha bir əsas Rusiya tərəfinin inamsızlığıdır. Superliqada iştirak edən Qazaxıstanın “Legion komandasının ötən ilki təcrübəsi göstərdi ki, xarici klublar əksər vaxtlarda “sabun köpüyü olur, yəni birinciliyin ortasında maliyyə və başqa problemlər səbəbindən partlaya bilir.
Eyni zamanda da bir çox ölkələr sırasında Ermənistanın da olduğu rəqabət qabiliyyətli klubların iştirakı ilə peşəkar basketbol birincilikləri təşkil etmək iqtidarında olmurlar.
Rusiyalı basketbol sevərlər istəyirlər ki, “Superliqa-1 kimi daxili birincilik sırf Rusiya birinciliyi olsun, bunu da xarici klublar üçün artıq “Vahid VTB liqasının mövcud olması ilə izah edirlər.
Amma indiki maliyyə imkanları ilə “Urartu üçün VTB liqası əlçatmaz məqsəd kimi görünür. Düzdür, “Urartu rəhbərliyi üçün bu, mümkün perspektiv, gələcək üçün məqsəddir, amma indi görünən budur ki, bu haqda düşünmək hələ tezdir.
Bundan başqa, sırf Rusiya birinciliyində hakim və təşkilatçıların qərəzli münasibətinin olacağı istisna deyil. Belə bir hal artıq birinci oyunda baş verdi, oyundan düz bir neçə saniyə əvvəl “Urartunu üç aparıcı oyunçudan məhrum etdilər.
Təşkilatçılar bunu həmin oyunçuların iştirakı ilə bağlı ərizələrin verilməsində problemlərin olması ilə izah etdilər, klub rəhbərliyinə isə bu izahat şübhəli və əsassız kimi gəldi.
Ermənistanın basketbol klubu üçün Rusiya birinciliyi ağır başladı. İlk dörd oyunda “Urartu ancaq uduzurdu, amma “Ryazana qarşı elə ilk oyundaca qələbəyə yaxın idi.
Bütün sadalanan problemləri “Urartu ya hansısa şəkildə həll etməli, ya da onlara məhəl qoymamalıdır. Uğurlu çıxışlar üçün isə komanda özünü toparlamalı və ilk qələbəsini qazanmalıdır. O, 2016-2017-ci illərdə keçirilən “Superliqa-1 mövsümündə uğurla çıxış etməlidir, çünki bu layihə Ermənistan basketbolunun yenidən dirçəlməsi və sonrakı inkişafının təminatıdır.
Dərc olunub 26.10.2016