Ermənistanın üzümçüləri yolu kəsərək alış qiymətinin qaldırılmasını tələb ediblər
Ermənistanın üzümçüləri artıq ikinci sutkadır ki, üzümün satış qiymətlərinə qarşı etiraz edirlər. Ötən gün onlar Yerevanın “Ararat” konyak zavodunun Armavir filialının binası qarşısına toplaşıblar, sonra isə Yerevan-Armavir yolunu kəsiblər. Etirazçılar və sürücülər arasında zaman-zaman münaqişələr yaranıb. Yolda maşınların hərəkətini yalnız axşama doğru bərpa etmək mümkün olub.
Fermerlər üzümün satış qiymətinin 140 dramdan (30 sentdən az) daha əvvəl söz verildiyi kimi 160 drama (33 sent) qaldırılmasını tələb edirlər. Müəssisə rəhbərləri isə öz növbələrində qeyd edirlər ki, qiyməti 10 drama qədər qaldırıblar və qiymətin bundan artıq qaldırılmasını mümkünsüz sayırlar.
Aksiya iştirakçıları deyirlər ki, onlara üzümü müəyyən olunmuş qiymətə satmaq sərf eləmir.
Bu gün üzümçülərlə kənd təsərrüfatı naziri Artur Xaçatryan görüşüb. O söz verib ki, məsələni müəssisə rəhbərləri ilə müzakirə edib, yoluuna qoyacaq. Bundan sonra fermrlər müvəqqəti olaraq etiraz aksiyasını dayandırıblar.