Ermənistanın üç parlament qüvvəsi baş nazirliyə “ümumxalq namizədinin” lehinə səs verəcəyini təsdiqləyib
Ermənistan Milli Məclisinin üç fraksiyası baş nazir kürsüsünə yeganə namizəd müxalif deputat Nikol Paşinyana səs verəcərəcək.
Paşinyan aprelin 13-dən hazırkı hakimiyyətə qarşı başlayan küçə aksiyalarının təşəbbüskarıdır. Bu aksiyalarda minlərlə vətəndaş iştirak edib. Nəticədə aprelin 23-də Ermənistan prezidenti Serj Sarqsyan istefaya gedib. Baş nazir kürsüsünə hərəkat lideri, müxalifətçi Nikol Paşinyanın namizədliyini onun rəhbərlik etdiyi “Yelk” parlament fraksiyası irəli sürüb. Bundan başqa Paşinyan “ümumxalq namizədidir”. Ölkədə məxməri inqilaba nail olan itaətsizlik hərəkatı xalqın təsdiqlədiyi namizədin baş nazir seçilməsini tələb edirdi. Və Yerevanın Respublika meydanında mitinq zamanı etiraz hərəkatının iştirakçıları Nikol Paşinyanı öz namizədləri elan etdilər.
Bu gün Paşinyan dörd parlament fraksiyasının nümayəndələri ilə görüşüb və deputatlların suallarına cavab verib. Görüşlərin yekununda üç siyasi qüvvə sabah, mayın 1-də Ermənistanın baş naziri seçkilərin Nikol Paşinyana səs verəcəklərini bildirib.
Parlament çoxluğu – Ermənistanın Respublikaçılar Partiyası hələlik öz qərarını açıqlamayıb. ERP-dan olan deputat Eduard Şarmazanov deyib ki, partiya qərarını səsvermə öncəsi bildirəcək.
105 deputatın mütləq əksəriyyəti Nikol Paşinyana səs verərsə o, Ermənistanın baş naziri seçilə bilər. Əks halda parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Hadisələrin bu cür inkişafı üçün çoxluğu təşkil edən Respublikaçılar Partiyası səsvermə zamanı sadəcə bitərəf qala, ya da kvorumu poza bilər.
Parlamentdə səsvermədən sonra Ermənistanın baş nazirinin təyin edilmsi haqda fərmanı Ermənistan prezidenti Armen Sarqsyan imzalamalıdır. O da artıq Milli Məclis deputatlarının kimi seçməsindən asılı olmayaraq fərmanı imzalayacağını bəyan edib.