Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar. Döyüşlər başlayandan bir ay keçir
“Sabahdan 13 qadından ibarət dəstə, o cümlədən də mən təlimlərə başlayacağıq. Bir neçə gündən sonra biz Vətənizimin sərhədlərini qorumağa gedəcəyik. Biz nə Vətəni, və də ləyaqətimizi düşmənə güzəştə gedə bilmərik”, – 42 yaşlı Anna Hakopyan Facebook səhifəsində yazıb.
Qarabağ münaqişə zonasında döyüşlər 2020-ci il sentyabrın 27-dən başlayıb. Ermənistan və Azərbaycan tərəfindən həm hərbçilər, həm də dinc əhali arasında artıq minlərlə insan həlak olub. Bu müddət ərzində üç dəfə atəşkəs elan olunub – 10, 18 və 26 oktyabrda, amma hər dəfə dərhal pozulub. Tərəflər bir-birini atəşkəsə riayət etməməkdə günahlandırır.
Anna Hakopyan “Aykakan jamanak” qəzetinin baş redaktorudur. O, həmçinin “Mənim addımım” xeyriyyə fondunu təsis edib və “Qadınlar sülh naminə” hərəkatının təşəbbüskarıdır.
Oktyabrın 21-də Anna Hakopyan ABŞ, Fransa, Kanada, Braziliya, Livan, Sinqapur, Litva, Argentina və Vyetnamın birinci xanımlarına məktub göndərib və “dinc əhalisi Azərbaycan tərəfindən təcavüzə məruz qalan Dağlıq Qarabağın müstəqilliyini tanımağa” çağırıb.
O, həmçinin yazıb ki, ona “oğlanları yanında olmayan anaların gözlərinə baxmaq çətindir”.
2020-ci ilin sentyabrında Anna Hakopyan Dağlıq Qarabağın hərbi hissələrinin birində qısa hərbi hazırlıq keçib. Bu haqda onun rəsmi saytında məlumat verilib.
Anna Hakopyanın və Nikol Paşinyanın ailəsində dörd uşaq var, digər üzü qızdır.
Döyüşlərin ilk günündə – sentyabrın 27-də, parlamentdə çıxışı zamanı baş nazir deyib ki, “günü bugün” özü Vətən uğrunda ölməyə hazırdır. Daha sonta o, Facebook-da canlı yayımlarının birində bunu təkrarlayıb və deyib ki, “ön cəbhəyə ona görə getmir ki, öz vəzifəsini yerinə yetirməlidir”.