JAMnews daha əvvəl 35 yaşlı Dmitri Loşmanovun bazar günü aprelin 16-da səhər saat 9:30-da ərzaq almağa getdiyi və geri qayıtmadığı haqda yazmışdı.
Polis onu aprelin 19-da Muş rayonundakı evlərdən birində tapıb və onun yoxolma şəraitini aydınlaşdırmaq üçün müvəqqəti həbsə məruz qoyub.
Aydın olub ki, Dmitri Loşmanov aprelin 16-da maaşını alıb və dostları ilə birlikdə “rahatlaşmaq” üçün “Laki” gecə klubuna gedib.
Gecə klubunda o, çoxlu içib, striptiz göstərən qadınlarla tanış olub və onlardan birinin Gümrinin Muş rayonundakı mənzilinə gedib, – Ermənistanın Armtimes.am nəşri yazır.
Loşmanov üç gün müddətində öz yeni tanışının evində olub. Onun pulu qurtaran kimi striptizçi qadın polisə müraciət edib və bildirib ki, yoxa çıxmış hərbçi onun evindədir, “gəlin, aparın”.
Bu gün səhər müqaviləli hərbçini polisdən buraxıblar, Ermənistanın İstintaq Komitəsi xəbər verir, “Loşmanov sağ-salamatdır”.