“Sosial təcili yardım” layihəsinin əsas məqsədi təcili reaksiya verilməsi və ehtiyacı olanlara köməyin göstərilməsidir. Lakin işin ilk mərhələsi “təcili sosial yardım”ın lazım olduğu şəxslər haqqında məlumatların toplanmasını nəzərdə tutur.
Layihə çərçivəsində sosial cəhətdən təmin edilməmiş insanlar üçün ərzağın, geyimin, həmçinin digər məişətdə zəruri əşyaların, misal üçün, mebelin toplanması və təqdim olunmasıdır.
Layihəni kim həyata keçirəcək
Yardım göstərilməsi prosesinin özü Əmək və sosial təminat nazirliyi tərəfindən koordinasiya olunacaq. Təqdim edilən yardımın ehtiyaca müvafiq olması və müxtəlif yaşayış məntəqələrində bərabər paylanması üçün mexanizmlər hazırlanıb. Nazirlikdə belə hesab edirlər ki, layihə “qarşılıqlı yardımlaşma mədəniyyəti”ni də formalaşdıra bilər.
İşin effektivliyini artırmaq üçün nazirlik layihə üzərində ictimai təşkilatlar və ayrı-ayrı şəxslərlə birgə işləyəcək.
«Sosial təcili yardım sisteminin fəaliyyətə başlaması ideyası artıq bir neçə ildir ki, müzakirə olunur, lakin indi biz prosesin məntiqi sonluğuna gəlib çatmışıq. Bu sistemin əsas məqsədi mahiyyətcə məlumatlarn sistemli şəkildə toplanması və təxirəsalınmaz ehtiyaclara reaksiya verilməsindən ibarətdir.
Bu, özündə yerlərdə işi də ehtiva edir ki, başqa sözlə, prosesə yerli özünüidarəetmə orqanları və fəaliyyətdə olan ictimai təşkilatlar da cəlb edilməlidir ki, problemin həlli daha effektiv və hədəfə müvafiq olsun», – əmək və sosial təminat nazirinin müavini Janna Andreasyan deyib.
İşə necə nəzarət olunacaq
Janna Andreasyan bildirib ki, nazirlik sosial yardım platforması yaradır və əvvəlcə onun işinə ciddi nəzarət edəcək. Bu işlə ən azı beş nəfər məşğul olacaq. Lakin sosial yardım platforması təşəkkül tapandan və tam gücü ilə işləməyə başlayandan sonra nazirliyin iştirakı minimuma endiriləcək. Tədricən onun prosesdəki rolu zəruri məlumatların insanlara kömək etməyə hazır olan ictimai təşkilatlara və xeyriyyəçilərə ötürülməsindən ibarət olacaq.
Fəaliyyət radiusu
Layihə yalnız Yerevanda deyil, onun hüdudlarından kənarda da fəaliyyət göstərəcək:
«Müəyyən vaxtlarda sosial risklərin xüsusilə aktial olduğu sərhədyanı rayonlar üçün proqramların həyata keçirilməsini planlaşdırırıq», – sosial yardım idarəsinin rəisi Astxik Minasyan məlumat verib.