Ermənistanda real cinayətkarları yaxalayıb, günahsızları azad etməyə çalışırlar
Ermənistanda baş verən məxməri inqilabdan sonra cəmiyyət cinayətkarların cəzalanacağına, günahsızların isə azadlığa buraxılacağına ümid edir. İnsanlar həm məsul qurumların qarşısında, həm də sosial şəbəkələrdə bu cür tələblər irəli sürürlər.
Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın sözlərinə görə, “artıq qanunsuz varlanmış şəxslərin üzə çıxarılması üçün tədbirlər görülür”. O, korrupsiya sxemi üzrə hərəkət edən insanlarlın siyahısını açıqlayacağına söz verib.
Artur Vanetsyan qeyd edib ki, “Ermənistanda iri bizneslə məşğul olduğunu bilməyən və vergi ödəməyən 350 nəfər var”.
MTX direktoru vurğulayıb ki, bu, heç də həmin 350 nəfərin günü sabah polis şöbəsinə aparılacağı demək deyil:
“Çoxları dəvət olunub, saxlanılanlar var, iş gedir və yaxın zamanda cəmiyyət hər şey haqda məlumat alacaq. Bu, mürəkkəb, ağır və həcmli işdir. Biz də elə hərəkət etməliyik ki, heç kimin bunlarla bağlı heç bir sualı yaranmasın. Bunun üçün isə iş çox peşəkar görülsün deyə bizə bir qədər zaman lazımdır”.
MTX direktoru söyləyib ki, korrupsiyaya bulaşmış şəxslərə məxsus vəsaitlərin müsadirə olunaraq, dövlət büdcəsinə qaytarılması ideyasını dəstəkləyir.Milli Təhlükəsizlik Xidmətinin direktoru 350 nəfər qanun pozucusunun adını açıqlayacağını bildirir, Baş Prokurorluq isə hesab edir ki, bəzi məhbusların azad edilməsi mümkündür
Vətəndaşların fəal hissəsi baş prokurorun siyasi məhbusların işinə münasibətinin dəyişməsini də gözləyir.
Baş prokuror Artur Davtyan deyib ki, hazırda məhkəmələrdə ölkədə vəziyyətin dəyişməsi ilə bağlı bir neçə işə baxılır.
O bildirib ki, artıq keçmiş hakimiyyətin nümayəndələrinə qarşı təhlükəli çağırışlar və təhdidlər səsləndirən insanlar müttəhimlər kürsüsünə otuzdurulub.
“Belə bir qanunvericilik müddəası var: vəziyyətin dəyişməsi. Bu, onu nəzərdə tutur ki, vəziyyyətin dəyişməsi nəticəsində insan və ya onun törətdiyi cinayətin cəmiyyət üçün təhlükəsi bitər və ya təhdidi azalar. Ola bilər ki, vəziyyətin dəyişməsinin həmin şəxsin təhlükəsinin aradan qalxmasına gətirib çıxardığı hallar da tapılsın”.
Bununla belə, Davtyan Ermənistanda siyasi məhbusların olduğu fikri ilə razı deyil.