Ermənistanda öz fikrini ifadə etmək üçün “şəffaf” meydança yaradılıb
hetq.am
Vanadzor şəhərində fikrini ifadə eləməyin alternativ yolu təklif olunub: gənclərdən ibarət qrup alümin karkaslı və şəffaf polietilen divarlı kub quraşdırıb və bu kub “şikayətlər qutusu” adını alıb.
Müəllif öz işini “şəffaf alternativ” adlandırıb. Arzu edənlər kubun içinə girib marker və ya sprey vasitəsilə ölkədə mövcud olan problemlər haqda şəffaf divarlara yaza bilərlər. Burada öz etirazını bildirmək, təkliflərlə çıxış etmək və gələcəklə bağlı öz baxışını ifadə etmək mümkündür.
“Bu, düşünmək, xalqla danışmaq və insanlar üçün maraqlı oldun deyə hansı əsərləri yaratmalı olduğumu anlamaq üçün fürsətdir. İstəyirəm ki, rəsmlərim mənim də bir parçası olduğum xalqın qayğıları və problemləri ilə nəfəs alsın. Layihə əhalinin müxtəlif təbəqələrinin əsl arzu və hədəflərini təsvir etmək imkanı verir”, – hetq.am saytı ilə söhbətində layihənin rəhbəri, rəssam və sənətşünas, Gümri Dövlət İncəsənət Akademiyasının müəllimi Qohar Smoyan deyib.
Müəllif layihənin xalqla hakimiyyəti bir-birinə bağlayan xalqa ola biləcəyinə, sakinlərin qaldırdıqları məsələlərin eşidiləcəyinə, hakimiyyətin isə ardıcıl olacağına və heç olmasa bu problemlərin bir hissəsini həll edəcəyinə ümid bəsləyir.
hetq.am