Ermənistan hökuməti ölkədə qeydiyyatdan keçən avtomobillərin ödəməli olduğu ekoloji vergini iki dəfə azaldacaq.
Bu qərar yeni Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədardır. Yeni məcəlləyə görə, minik avtomobillərinin sahibləri üzərinə düşən vergi yükü əhəmiyyətli dərəcədə artır. Ermənistanın maliyyə naziri Atom Cancuqazyanın fikrincə, dəyişikliklər bu sahəni daha şəffaf edəcək:
“Həll layihəsi ekoloji verginin həcmini avtomobilin istehsal tarixi və mühərrikinin gücü ilə uyğunlaşdırmağı təklif edir ki, bu da bizim fikrimizcə, daha şəffaf və daha uyğundur, vergi yükünün əhəmiyyətli dərəcədə artımına da səbəb olmayacaq”.
Amma nazir vurğulayıb ki, bəzi hallarda ümumi vergi yükünün artması da mümkündür:
“Söhbət müvafiq olaraq, böyük güclü mühərrikli avtomobillərdən gedir. Onların sahibləri üçün vergi həcmi arta bilər”.