Ermənistanda ilk dəfə ömürlük məhbus ali təhsil alıb
Photo: hetq.am
22 ildir məhbəs həyatı yaşayan ömürlük həbsə məhkum edilmiş Mher Yenokyan həbsdəykən Rusiya-Ermənistan (Slavyan) Universitetini bitirərək hüqüqşünas ixtisasına yiyələnib. O, hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alıb. Bu, Ermənistanda və keçmiş postsovet ölkələrində ilk belə haldır.
“42 yaşımda uşaqlıq arzum yerinə yetdi. Mən hüquqşünas oldum. Deyəsən, mənim məhbus ikən hüquqşünas olmağım da, taleyin bir ironiyasıdır”, – Mher Yenokyan deyib.
O, 1996-cı ildən işinə yenidən baxılmasına cəhd edir. Sonuncu dəfə onun apellyasiya şikayəti bu il 3 ay bundan əvvəl rədd edilib.
“Ermənistanda haqqında ölüm hökmü çıxarılmış şəxslərin işinə yenidən baxılması və ya cəzanın dəyişdirilməsi presendenti yoxdur. Bu o deməkdirmi ki, Ermənistan hakimləri heç vaxt ölüm hökmü çıxarmayıblar? Amma ABŞ-da, Avropada haqlarında ölüm hökmü çıxarılanlar var ki, 20-30 ildən sonra belə bəraət ala bilərlər”, – deyə Mher Yenokyan diplom müdafiəsi zamanı jurnalistlərə bildirib.