Ermənistanda gənc kişilərdə insult tez-tez qoyulan diaqnoza çevrilib
Son illərdə Ermənistanda 20-30 yaşlı kişilərdə insult hallarına daha tez-tez rast gəlinir.
Erməni kişilərdə ənənəvi olaraq insulat halları çox müşahidə edilir. Son 15 il ərzində gənclər arasında insult hallarının artması nəzərə çarpır. Lakin əgər əvvəllər 50-60 yaşlı kişilər insulta mübtəla olurdusa, bu gün həmin xəstəliklə daha tez-tez 20-30 yaşlı insanlar üzləşir. Məsələ erməni mediası üçün də həyəcan səbəbinə çevrilib.
Səbəblər
Ermənistan Nevropatoloqlar Assosiasiyasının rəhbəri Qurgen Ovannisyan bu tendensiyanın aşağıdakı səbəblərini qeyd edib:
- sosial amillər
- qeyri-normativ iş qrafiki
“Misal üçün, taksi sürücülərində iş sutkada 14-16 daat davam edir və məzuniyyətlə istirahət günlərinin yoxluğu, həmçinin qida rejiminin pozulması ilə “müşayiət olunur”. Bütün bunlar zərərli vərdişlərlə, məsələn, siqaret çəkmə ilə birlikdə insultun səbəbi ola bilər”.
Mütəxəssis güman edir ki, orqanizmin immuniteti və insulta davamlılığı hər bir konkret halda fərdidir.
Eyni zamanda, Qurgen Ovannisyan deyir ki, əksər hallarda ürək-damar xəstələri öz sağlamlıqlarının qeydinə lazımınca qalmırlar:
“Ermənistanda səhiyyə pulludur, buna görə də, bir çoxu həkimə getməkdən çəkinir”.
Nəyə görə insultdan sonra insanlar xəstəxanalarda uzun müddət qalmır
Ermənistanda insult keçirmiş insanların çoxu xəstəxanada uzun müddət qalmır. Onlar sosial problemlər üzündən tez çıxıb getmək istəyirlər.
Nevropatoloqlar Assosiasiyasının rəhbərinin sözlərinə görə, xəstəxanalar insultlu xəstələrin müalicəsinə müxtəlif cür yanaşırlar, müayinə və müalicənin vahid standartları yoxdur. Bununla bərabər, bərpa prosesi də bahalıdır və heç də hamı bırpa mərkəzləində müalicəsini davam etdirməyi özünə rəva görə bilmir.