Ermənistanda banklardan birinə silahlı hücum: külli miqdarda pul oğurlanıb
Naməlum şəxslər Yerevanın mərkəzi küçələrindən birində yerləşən banka silahlı hücum edib, külli miqdarda vəsaiti oğurlayıblar.
Ermənistan polisi xəbər verir ki, ilkin məlumata əsasən, VTB bankın Baqramyan küçəsində yerləşən filialına iki nəfər soxulub, əməkdaşları silahla təhdid edib, 8,5 milyon dram (təxminən 17500 dollar) məbləğində müxtəlif valyutaların əskinazlarını oğurlayıblar.
Qarətçilərin şəxsiyyəyləri hələlik müəyyən edilməyib. Polisin məlumatına görə, hazırda onların identifikasiyası və axtarışı istiqaməyində iş aparılır. Hadisə yerinin axtarışı keçirilib, bankda quraşdırılan nəzarət kameralarının görüntüləri götürülüb. Cinayət işi qaldırılıb.
Bankdan bildirilib ki, əməkdaşlar və müştərilər ziyan çəkməyib.