Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Nyu-Yorkdakı görüşünün nəticələri haqda
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə həmsədrlərin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bir sıra təklifini dəstəkləyib”, – Rusiyanın “RİA-Novosti” agentliyi Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevə istinadən yazır.
Amma Hacıyev rəsmi Bakının məhz hansı təklifləri dəstəklədiyini dəqiqləşdirib.
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü sentyabrın 23-də Nyu-Yorkda baş tutub. Hər iki diplomat BMT Baş Assambleyasının 72-ci sessiyada iştirak etmək üçün orda olublar.
Həmsədrlər əvvəlcə Edvard Nalbandyan və Elmar Məmmədyarovla ayrı-ayrılıqda görüş keçiriblər, bundan sonra isə birgə müzakirələr baş tutub.
Həmsədrlərin bəyanatında deyilir:
“Görüşlərin əsas məqsədi münaqişə zonasında hazırkı vəziyyəti müzakirə etmək, danışıqlar prosesinin aktivləşdirilməsi üçün vasitələr tapmaq, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmək. Həmsədrlər bu görüşün tərəflər arasında etimadın yüksəldilməsinə xidmət edəcəyinə və onların həlledici məsələlər üzrə güzəştli həll yollarının tapılması istiqamətində siyasi iradə sərgiləyəcəyinə ümid edir”.
Ermənistan XİN nümayəndələri hələlik bu görüşü şərh etməyiblər.