Ermənistan Rusiya üçün nümunədirmi?
Rusiyada yeni siyasi proses başlayır – bu, uzun illərdən sonra Moskvada ümumi siyasi məqsədlər üçün deyil, hakimiyyətin konkret addımına qarşı keçirilən ilk etiraz aksiyasından çıxan əsas nəticədir.
12 min insan (böyük əksəriyyəti gənclərdən ibarət olmaqla) hakimiyyətdən Telegram messenger-inin bloklanmasını dayandırmağı və eyni zamanda messenger-lə heç bir əlaqəsi olmayan onlarla müxtəlif saytın fəalityyətinə mane olmamağı tələb edib
Rusiya hakimiyyəti Telegram messengeri ilə niyə savaşır və Amazon, Google xidmətlərinin 16 milyon IP-i necə təsadüfən bloklanıb?
Rusiya hakimiyyətinin Telegram-la apardıqları barışmaz mübarizəyə dair əsas izahatları messenger-in terrorçular tərəfindən istifadə olunmasının mümkünlüyündən ibarətdir. Bunun konkret isbatları yoxdur. Amma rusiyalı gənclər arasında ən populyar messenger-lə mübarizə faktının özü və internetə çıxışın bloklanması təhdidi çox gənc, parlaq və epatajlı yeni liderləri küçələrə çıxarıb.
Aşağıdakı videoda Moskvada aprelin 30-da baş tutan etiraz aksiyasının təşkilatçısı Mixail Svetovun çıxışını izləmək mümkündür.
Mixail Svetlov Libertarian Partiyasının lideridir. O, artıq internetdə yetəri qədər ictimai fiqurdur. Svetlov tanınmış bloger, populyar YouTube kanallarının, o cümlədən də Telegram-ın aparıcısıdır. O, Rusiyanı dolaşaraq, əyalətlərdə məruzələr oxuyur.
Mitinqə gələnlərdən çoxu moskvalıların Svetovun da daxil olduğu kateqoriyasına aiddir – şəxsən özünə qarşı hücum edildiyini hiss edən gənclər kateqoriyasına. Moskvadakı mitinqə gələnlərin çoxundan bəlli olurdu ki, onlar ilk dəfədir, etiraz aksiyasında iştirak edir. Və çoxları deyirdi ki, daha çox Rusiya müxalifətinin etiraz aksiyalarını izləməyə üstünlük veriblər, bu aksiyalar da onlar üçün “abstrakt” olan korrupsiya anlayışı və ədalətli seçkinin vacibliyi ilə motivasiya olunur.
Etiraz edənlərin çoxu özləri ilə kağız təyyarələr gətiriblər, bu təyyarələr son həftələr ərzində Rusiyada azad internet uğrunda mübarizənin rəmzinə çevrilib. Aksiya iştirakçıları durmadan təyyarələri kütləyə doğru uçurur, ayaqlarının yanına qonanları yerdən götürüb, yenidən havaya buraxırdılar.
“Gedək Yerevana! Anama deyərik ki, Krıma gedirik”
Mitinq üçün xoş olmayan səbəbə baxmayaraq, etirazçıların əhvalı yaxşı olub. Aksiya Moskvanın həqiqətən mülayim keçən ilk günlərindən birinə təsadüf edib.
Əksəriyyət mitinqə bir neçə nəfərlik qruplarla gəlib. Bu qruplardan çoxu yüksək səslə Ermənistanda baş verənləri müzakirə edib. Deyirmişlər ki, Rusiyadakı daxili siyasi vəziyyəti Ermənistanla müqayisə etmək bir çox səbəblər üzündən bəlkə də doğru deyil, amma Ermənistan nümunəsi uzun illərdir ki, praktiki olaraq heç nəyə nail ola bilməyən Rusiya müxalifətini həvəsləndirə bilər.
Qızlardan biri sevgilisindən israrla tələb edirmiş: “Xahiş edirəm, gedək Yerevana. Anama deyəcəm ki, Krıma gedirik. Gedək!”
Ermənistanda nə baş verir, əsas aktorlar kimdir və kim nəyə nail olmaq istəyir?
Mitinqçilər təyyarələrdən başqa ən müxtəlif plakatlar da gətiriblər. Şüarlar da çox müxtəlif olub. Amma ümumi etiraz mahiyyətli – “Big brother is watching you” kimi. Həm də çox məqsədyönlü, məsələn, Telegram şirkətinin rəhbəri Pavel Durovu Rusiya prezidenti seçməyi təklif edən tərzdə.
Aksiyada polislə heç bir münaqişə baş verməyib, ümumiyyətlə Moskvada keçirilən başqa etiraz aksiyalarından fərqli olaraq bu dəfə polislər çox az olub. Telegram auditoriyası əsasən qarşıdurmalara alışqan olmayan proqressiv gənclərdən ibarətdir. Onlar aksiyadan sonra məsələn, Rusiya müxalifətinin lideri Aleksey Navalnının son mitinqində olduğu kimi şüarlar səsləndirmək üçün Kremlə doğru getməyiblər.
Onun özü də Telegram-ın bloklanmasına qarşı mitinqdə iştirak edib. Adətən alicənab və təmkinli olan Navalnı səhnədə çıxışı zamanı mikrofonla qışqırır və çox aqressiv adam təəssüratı yaradırdı. Aksiya iştirakçılarının onun çıxışını xüsusi həvəslə qarşılamadıqları hiss olunurdu.
Etirazçılar yaxşı əhval-ruhiyyədə dağılışıblar. Onlardan çoxu indi çox güman ki, Navalnının şənbə günü, mayın 5-də Rusiyada hakimiyyətin dəyişməzliyinə qarşı təşkil etdiyi aksiyaya da qoşulacaq.
B
ir qədər də Telegram haqda. Rusiyanın nəzarət funksiyalarına malik dövlət strukturu – “Roskomnadzor” Telegram-a gənclərin kağız təyyarəli dəstək fleşmobunu xatırladan aksiyaya başlayıb. “Roskomnadzor” pəncərələrdən kağız toplar atmağı və bununla da stadionların yaxşı keyfiyyətli internetlə təmin olunmasına səs verməyə çağırıb.