Ermənistan parlamentinin sədri xüsusi xidmət orqanlarının “ikili casusu” adlandırılıb, MTX təkzib edir
Eks-prezident Serj Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Facebook-da canlı yayım zamanı Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanı ikili casus olmaqda ittiham edib.
O bildirib ki, Ermənistan Milli Məclisinin sədrini əvvəlcə Türkiyə xüsusi xidmət orqanları fəaliyyətə cəlb edib. Sonra Ermənistanın Milli Təhlükəsizlik xidməti bu faktı müəyyən edəndən sonra guya Ararat Mirzoyana ya onlara da işləmək, ya da dövlətə xəyanətə görə mühakimə olunmaq arasında seçim təklif edib.
Spiker Minasyanın ittihamlarını “növbəti cəfəngiyyat” adlandırıb, MTX da onun yaydığı informasiyanı təkzib eləyib.
Mikael Minasyan mütəmadi olaraq hazırkı hakimiyyətin, şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının ünvanına tənqidlər səsləndirir. Onun özünün hazırda harada olduğu məlum deyil, çünki onun haqında cinayət işi çərçivəsində axtarış elan olunub və o, xaricdə haradasa gizlənir. Öz “işfalarını” o, müəyyən vaxt aralığı ilə sosial şəbəkələrdə yayır.
Parlament spikeri ilə bağlı olan qalmaqallı olayın detalları.
- Ermənistanın baş naziri 2021-ci ili “iqtisadi iddiaların bərpası ili” elan edib
- Ermənistanda ilk ehtiyac malları kəskin bahalaşıb
Minasyanın ittihamları
Mikael Minasyan bildirib ki, Ararat Mirzoyan ABŞ-da səfərdə olarkən və tədqiqat işləri ilə məşğul ikən – erməni soyqırımının tannınması prosesini tətqiq etdiyi zaman Türkiyənin xüsiusi xidmət orqanları onu fəaliyyətə cəlb edib. Guya o da Ermənilərin Soyqırımı Muzey-İnstitutunda baş verənlər haqda məlumat ötürməyə razılıq verib.
Daha sonra Minasyanın sözlərinə görə, o, “ikili casus olub”, çünki Ermənistanın MTX onun casuslua cəlb olunduğu faktının üstünü açıb və o, dövlətə xəyanətə görə cəza ilə üz-üzə qalıb:
“O, türklərə deməli olduqlarını deyirdi, MTX bu və ya digər informasiyanı ötürməyə icazə verirdi və Türkiyə xüsusi xidmət orqanlarının nə ilə maraqlandığını öyrənirdi”.
Sözlərinin təsdiqi kimi Minasyan guya Ararat Mirzoyanın öz əli ilə yazdığı MTX ilə əməkdaşlığa razılıq haqda sənədin fotosunu yayıb.
Minasyan fotoya yazdığı şərhdə “türk casusunun əl yazısının ekspertizasını” keçirməyi və hansı şəraitdə “Ermənistan xüsusi xidmət orqanının casusu olduğu” ilə bağlı dindirilməsini təklif edib.
Mikael Minasyan iddia edir ki, baş nazir Nikol Paşinyan Mirzoyanın casus olduğunu həmişə bilir və onun vasitəsilə Türkiyə ilə əlaqə saxlayırmış.
Mirzoyan və MTX-dən təkzib
“Mikael Minasyanın növbəti cəfəngiyyatı cinayət hüququ ilə müvafiq dəyərləndirmə almalıdır. Minasyan bu yalan bəyana görə də cavab verməlidir”, – parlament spikeri Facebook səhifəsində belə reaksiya verib.
Milli Təhlükəsizlik Xidməti də öz növbəsində bildirib ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın yaydığı informasiya yalandır və həqiqətlə heç bir əlaqəsi yoxdur.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentinin istifadəçiləri bu hadisəyə birmənalı yanaşmayıb. Bəziləri Minasyanı, digərləri isə Mirzoyanı dəstəkləyib.
Bəzi şərhlər:
“Müharibə dövründə yalanlarından sonra dövlət orqanlarına qarşı hansı etibar ola bilər? Paşinyan öz bandası ilə birlikdə hakimiyyətdən rədd olmayınca, heç bir etibar olmayacaq”.
“Paşinyanın komandasından nə desən, gözləmək olar. O, xaindir, komandası da özü kimi!”
“Mən belə başa düşürəm ki, Minasyançik Kremlin çirkab axıdılan çəlləyinə çevrilib. Minasyançik, bunlarla – əlyazması ekspertizası ilə, MTX-dan şahidlərlə birlikdə məhkəməyə buyur, əclafı vətənə xəyanətə görə mühakimə etmək lazımdır. Yaxşı? Gəl. Sən ki qorxaq deyilsən?”
Mikael Minasyan nədə ittiham olunur?
Mikael Minasyana qarşı qanunsuz varlanma, gəlirlər haqda yalan informasiyanın deklarasiya edilməsi və cinayətkarlıq yolu ilə əldə etdiyi əmlakın leqallaşdırılması ittihamı ilə cinayət işi 2020-ci ilin martında qaldırılıb. Elə həmin vaxt onun haqqında axtarış elan edilib.
2020-ci ilin mayında məhkəmə Minasyanın həbsi haqda qərar qəbul edib.
Amma 2020-ci ilin dekabrında Ermənistanın Apellyasiya Məhkəməsi Ermənistanın Vatikandakı keçimiş səfirinin həbsi ilə bağlı qərarı ləğv edib.
Minasyanın vəkili bildriib ki, onun müvəkkilinə qarşı cinayət işi siyasi xarakter daşıyır, məhkəmənin qərarını isə o, Ermənistanın baş nazirinin növbəti uğursuzluğu kimi dəyərləndirib.
“Qeyd etməliyəm ki, əgər Nikol Paşinyan Mikael Minasyana qarşı “iş tikməyə” sərf etdiyi səylərinin heç olmasa 10 faizini […] vətənimiz qarşısında yaranan təhlükələrin aradan qaldırılmasına sərf etsəydi, indi bizim vəziyyətimiz bu cür acınacaqlı olmazdı”, – Miqran Poqosyan Facebook səhifəsində yazıb .