Eks-prezidentlərin görüşü: Ermənistanda Serj Sarqsyan və həbsdən azad edilən Robert Koçaryan görüşüb
Ermənistanda eks-prezidentlər Serj Sarqsyan və həbsdən azad edilən Robert Koçaryanın görüşü baş tutub. Keçmiş ölkə başçılarının nə haqda danışdıqları məlum deyil.
İyunun 19-da Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın vəkillərinin vəsatətini təmin etmək haqda qərar verib. O, girov müqabilində həbsdən azad edilib.
Koçaryan “1 mart” işi üzrə ittiham olunur. 2018-ci ilin iyulunda ona qarşı konstitusiya quruluşunu devirməklə bağlı ittiham irəli sürülüb. Söhbət 2008-ci ilin martında prezident seçkilərinin nəticələrinə etiraz edənlərin keçirdiyi nümayişin dağıdılmasından gedir. O zaman silah tətbiq olunmuş və 10 nəfər həlak olmuşdu.
Koçaryanı prezident kürsüsündə əvəz edən Serj Sarqsyana qarşı da cinayəət işi qaldırılıb. O, “dizel işi” üzrə günahlandırılır. 2020-ci ilin yanvarında bu iş üzrə ilkin istintaq başa çatıb. Sarqsyanın 1 milyon dolla büdcə vəsaitini talamaqda günahkar olduğu ehtimal edilir.
Bununla əlaqədar olaraq Ermənistanda çoxları iki keçmiş prezidentin birləşə biləcəyini və 2018-ci ilin yazında məxməri inqilabdan sonra qurulan yeni hakimiyyətə qarşı birlikdə hərəkət edəcəyini düşünməyə meyillidir.
- Ermənistanın eks-prezidenti Robert Koçaryan məhkəmə qərarı ilə həbsdən azad edilib
- Ermənistanın baş nazirinin Qələbə paradında iştirakdan imtinası. Bu, eks-prezident Robert Koçaryanla necə bağlıdır?
- Ermənistanın eks-prezidenti Serj Sarqsyan müttəhimlər kürsüsünə əyləşə bilər
Görüş haqda nə məlumdur?
Ermənistanın iki keçmiş prezidentinin görüşü haqda informasiyanı Serj Sarqsyanın ofisinin rəhbəri Meri Harutunyan təsdiqləyib:
“Bəli, məhkəmə Koçaryanın qətimkan tədbirinin dəyişdirilməsi və onun azad edilməsi haqda qərar çıxarandan iki gün sonra prezidentlər Serj Sarqsyan və Robert Koçaryan görüşüblər”.
O vurğulayıb ki, görüş şəxsi xarakter daşıyıb, “buna görə də söhbətin detallarını açıqlamaq məqsədəuyğun deyil”.
Digər eks-prezidentin ofis rəhbəri də görüşün detallarını açıqlamayıb. Viktpr Soqomonyan sadəcə görüş faktını təsdiqləyib.
Görüş iyunun 22-də baş tutub, amma bu haqda yalnız iki gün sonra məlum olub.
Ekspert rəyi
Ermənistanda indi iki keçmiş prezidentin nə haqda danışdığı fəal şəkildə müzakirə olunur.
Siyasi şərhçi Akop Badalyan Serj Sarqsyanın Robert Koçaryana nəsə təklif edib-etmədiyini sorğulayır:
“İki prezidenti sərt qarşıdurmada idi, o cümlədən də Koçaryanın prezidentliyi dövründə. Ola bilər ki, Koçaryanın hakimiyyəti ötürməklə bağlı planlarının fərqli olduğu aydından olan məqamdan [Koçaryan Sarqsyanı dövlətin başında görmək istəmirdi]. Amma nəticədə Serj Sarqsyan qələbə qazanıb, Moskvanın dəstəyi ilə”.
Ekspert onların qarşıdurmasının keçmişdə qaldığını və indi iki eks-prezidentin əməkdaşlığa başlayacağını istisna etmir.