Ermənistan iqtisadiyyatının təxminən dörddə biri kölgədədir
Ermənistan iqtisadiyyatının vergidən kənarda qalan hissəsi 22 faiz əşkil edir. Bu haqda Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyan bildirib. Ən çox ticarət sahəsində vergidən yayınma halları baş verir.
• Türk lirəsinin düşməsi Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına necə təsir edəcək?
Başqa hansı sahələrdə vergi ödəmirlər?
Ermənistanda kölgə iqtisadiyyatının əhəmiyyətli hissəsi xırda və orta biznesin payına düşür. İri biznes 2018-ci ilin yazında baş verən “məxməri inqilabdan” sonra mütəmadi vergi ödəyir, çünki böyük maliyyə axınını gizlətmək çox çətindir.
“İri müəssisələrdə pulların kölgəyə axıdılması ilə məşğul olmaq və bunu illərlə həyata keçirmək çətindir. Məsələn, ona görə ki, bizim vergi qurumu bu cür müəssisələrlə gündəlik rejimdə işləyir”, – Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyan deyir.
Onun sözlərinə görə, iqtisadiyyatın “ən kölgə” sektoru ticarət sahəsidir. Həmçinin kənd təsərrüfatında da kölgə payı var. Struktur yoxlamaların sərtləşdirilməsi yolu ilə pozuntularla mübarizə aparmağa çalışır.
Ekspert rəyi
Dövlət Gəlirləri Komitəsinin elan etdiyi 22 faiz reallığa çox yaxındır – iqtisadçı Qrant Mikaelyan belə hesab edir. O, kölgə iqtisadiyyatının payına dair öz tədqiqatını aparır və bildirir ki, avqustda Ermənistan iqtisadiyyatının 24 faizi kölgədə idi.
Ekspert iri biznesin ümumilikdə vergi ödədiyi fikri ilə razıdır. Yeni, rəsmi qeydiyyata alınmış işçilərin sayənın və ödənən vergilərin həcminin artması da buna dəlalət edir.
Xırda biznesə gəlincə isə, iqtisadçının fikrincə, bəzi hallarda bu sahədə kölgə ilə mübarizə aparmaq ağır və faydasızdır:
“Məsələn, evini kirayə verən insanları götürək. Bu gün 10 faizlik vergi nəzərdə tutulub. Ancaq bir faiz qeydiyyatdan keçir. İndi biz 2 faizə qədər endirimə gedə bilərik ki, bütün kirayə sövdələşmələri qeydiyyatdan keçirilsin. Nəzəri cəhətdən biz bunu edə bilərik. Amma hər kəzin öz sövdələşməsini qeydiyyatdan keçirəcəyinə nəzarət etmək çətindir, bu sadəcə rentabelli deyil”.
JAMnews-la söhbətində ekspert dövlət strukturunun hansı sahələrdə “kölgənin” daha çox olduğu haqda təsbitini də təsdiqləyib:
“Sahələrin müqayisəsi göstərir ki, kölgənin böyük hissəsi ticarətin və xidmət sahəsinin payına düşür. Amma məsələn, sənayedə kölgə azdır”.
Qrant Mikaelyan deyir ki, inqilaba qədər kölgə iqtisadiyyatınının payı ümumi həcmin 26 faizinə çatırdı. İndiki göstəricini isə real olaraq 22 faizdən 12 faizə qədər endirmək mümkündür.