Ermənistan hökuməti regionların inkişafına 20 milyon dollar ayırır
Ermənistan hökuməti bu il regionlara 10 milyard dram (20 milyon dollar) subvensiya ayırmaq niyyətindədir. Bu haqda vilayət, şəhər və kənd rəhbərləri ilə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Pullar nəyə xərclənəcək?
Bu vəsaitin böyük hissəsi infrastrukturun inkişafına xərclənəcək, eyni görüşdə Nikol Paşinyan bu haqda məlumat verib. Bu, regionda sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına təkan verəcək.
Hakimiyyət etiraf edir ki, çox sayda problemlər toplanıb və onları vilayətlərin yeni rəhbərləri həll etməlidir. İnqilabdan sonra Ermənistanın demək olar ki, bütün şəhər və kəndlərinin rəhbərləri yenilənib.
• Ermənistandan bir qrup mütəxəssis humanitar missiya ilə Suriyaya yollanıb
“Zənnimcə, orta statistik icma rəhbəri həmin icmanın dəstəyinə sahib olmalıdır. Biz regionlarda investisiya mühitinin yaxşılaşdırılmasından danışırıq, amma hansı icmaya getsən, icma rəhbərinə və ya onun qohumlarına məxsus obyektləri görəcəksən. Bu, qəribə vəziyyətdir. Və təəccüblüdür ki, icma sakinləri də buna dözürlər”, – baş nazir bildirib.
Dövlət qulluğu biznes deyil
Ermənistanın baş naziri Nikol Paşinyan məmurların dövlət qulluğu ilə yanaşı vəzifə mövqeyindən istifadə edərək varlanmalarını yolverilməz hesab edir:
“Vurğulamaq istəyirəm ki, icma rəhbəri vəzifəsində dövlət qulluğu… biznes fəaliyyəti kimi qəbul edilə bilməz və qəbul edilməməlidir. Dövlət qulluğunun əsasında cəmiyyətin varlanması durur”.
İcmaların bir problemi də zibilin daşınmasıdır
Paşinyanın fikrincə, Ermənistan icmalarının mövcud problemləri sırasında zibilin toplanması və daşınması da xüsusi yer tutur:
“Yalnız Ermənistanı zibildən, paslanmış köşklərdən və maşın kuzovlarından təmizlədiyimiz zaman hesab edəcəm ki, biz ciddi uğura nail olmuşuq. Bu, həqiqətən hökumətin və yerli idarəetmə orqanlarının əməkdaşlıq etməli olduğu sahədir”.