Ermənistan hökuməti korrupsiya ilə mübarizə nəticəsində 42 milyon dolları dövlət büdcəsinə qaytarıb
Korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində hazırda Ermənistanın dövlət büdcəsinə 22 milyard 622 milyon dram (42 milyon dollara yaxın) vəsait qaytarılıb.
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, bu məbləğ ay yarımlıq iş nəticəsində – hüquq-mühafizə orqanlarının yalnız vergi öhdəlikləri xətti üzrə qaldırdığı cinayət işləri çərçivəsində bərpa edilib.
Baş nazir xüsusi olaraq qeyd edib ki, qanunsuz varlanma və mənimsəmə ilə bağlı işlər bura daxil deyil:
“Biz dövlət büdcəsinə ciddi vəsaitlər qaytaracağıq, dövlətə dəymiş ziyanı bərpa edəcəyik və biz sözümüzdən dönmək niyyətində deyilik. Şadıq ki, bütün orqanlar bu məsələdə yetəri qədər əlaqələndirilmiş şəkildə çalışır”.
Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyan bəyan edib ki, korrupsiya ifşaları davam edəcək:
“20 milyard 622 milyon dram həcmində vəsait 73 təsərrüfat subyektinin yoxlanılması nəticəsində aşkarlanıb. Bununla belə ümmumi məbləğ yüksələn tendensiyaya malikdir. Bu məbləğdən 800 milyon dram [1,5 milyon dollardan çox] bu gün büdcədə artıq əks olunub, 12,7 milyon dram [təxminən 26 milyon dollar] büdcəyə daxil edilmək üçün təqdim olunub, 7 milyard drama yaxın isə [təxminən 14,5 milyon dollar] – ilkin hesabatlardır, onlar hələlik istintaq xidmətinin baxışındadır və yüksəliş tendensiyasını müəyyən edə bilər”.
Hökumət bu məbləğin 10 milyard dramını (20 milyon dollara yaxın) regionların inkişafına yönəltmək istəyir. Baş nazir Paşinyan hesab edir ki, insanlar real dəyişiklikləri öz həyatlarında hiss etməlidirlər:
“Ölkədə atmosferin dəyişməsindən və korrupsiya ilə mübarizədən başqa əhali praktikada nəticələri öz regionlarında görməlidir. Faktiki olaraq subvensiyaların [dövlət tərəfindən yerli hakimiyyət orqanlarına konkret məqsədlər və müəyyən müddətə ayrılan pul dəstəyi növü – JAMnews] icmaların özünün maliyyələşdirilməsi zamanı təqdim olunduğunu nəzərə alsaq, regionlara 30 milyard drama (62 milyon dollara yaxın) qədər vəsait yatırılacağı gözlənilir. Bu, ciddi vəsaitdir və müəyyən dəyişikliklər əldə etməyə imkan verəcək”.