Ermənistan hökuməti bundan sonra Ermənistan istehsalı olan eko-qələmlərdən istifadə edəcək
Ermənistan hökuməti emal olunmuş kağızdan hazırlanan eko-qələmlərin istifadəsinə keçir. Bu, yerli istehsaldır, bu cür qələmləri Yerevanın xüsusi mağazalarından almaq olar.
Qeyd edək ki, əvvəl Nazirlər Kabineti ölkə parlamenti ilə birlikdə “MacBook”ların istifadəsindən imtina edib, onları Ermənistan istehsalı olan notebook-larla əvəz edirlər – qələmlərlə eyni istehsalçıdandır. Bu, baş nazir Paşinyanın öz təşəbbüsüdür:
“Söhbət tək proqram təminatından deyil, həm də istehsaldan gedir. Ermənistan istehsalı olan kompüter texnikası parlamentdə də quraşdırılmalıdır. Parlamentin iclas zalında da Ermənistan istehsalı olan kompüterlərin quraşdırılması üçün lazımi maliyyə dəstəyi olunmalıdır. İstehsalın inkişaf etdirilməsi çox vacibdir, üstünlük də yerli istehsala verilməlidir. Bu, həm xoş, həm də sərfəlidir”.
İstehsalçı şirkət hökumətə texnukanı pulsuz verib.
Ermənistanda artıq bir neçə ildir ki, notebook və telefonlar istehsal olunur. Malın bir hissəsi ilk növbədə Rusiyaya ixrac olunur. Yerli istehsal olan planşetlərlə ölkənin artıq bi çox məktəbləri təchiz olunub.
Bununla da baş nazir Nikol Paşinyan yerli istehsalı stimullaşdırmağa və bir daha Ermənistan üçün informasiya texnologiyaları sahəsinin əhəmiyyətini vurğulamağa çalışır.