Ermənistanlı şahmatçı Levon Aronyan Norway Chess 2017 qalibi olub
Qrosmeyster Levon Aronyan hər il Norveçin Stavanger şəhərində keçirilən Norway Chess superturnirinin qalibi olub. Bu turnir iştirakçıların reytinqinə görə nüfuzlu hesab olunur.
Yarışmanın sonuncu, doqquzuncu turunda qaralarla oynayan ermənistanlı şahmatçı ABŞ-ı təmsil edən Uesli Soi ilə partiyanı 6 xal qazanaraq başa vurub.
Birinclik uğrunda Aronyanın yeganə rəqibi amerikalı Xikaru Nakamura son turnirdə bigər ABŞ təmsilçisi Fabiano Karuaneyə məğlub olub və beş balla ikinci yerdə qərar tutub.
Bu il qalib mükafat qismində 70 min avro əldə edəcək.
Norway Chess turniri gedişatında Levon Aronyan norveçli dünya çempionu Maqnus Karlsen, keçmiş dünya çempionu, rusiyalı Vladimir Kramnikov, dünya çempionu tituluna keçmiş namizəd, rusiyalı Sergey Karyakini məğlub edib.