Erməni cüdoçular Bakıdakı dünya çempionatına gəlmədilər – təhlükəsizliklərinin təmin ediləcəyinə inanmadılar
Bakıdan məlumat
Ermənistan yığması ən nəhayətdə Bakıdakı dünya çempionatına gəlməməyə qərar verdi. Tərəflər erməni idmançıların təhlükəsizliyi ilə bağlı dil tapa bilmədilər.
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı köhnə ərazi münaqişəsi ölkələr arasında diplomatik münasibətləri mümkünsüz edib. İki ölkənin ictimaiyyəti də bir-birinə qarşı əksəriyyət etibarilə düşməncəsinə münasibət bəsləyir.
İstər idmançı olsun, istər mədəniyyət xadimi, yaxud da başqa peşə sahibi, ermənilərin Azərbaycana hər bir səfəri çoxları tərəfindən pis qarşılanır. Cüdoçularla bağlı məsələyə gəlincə, bu yalnız Ermənistanla Azərbaycan arasında deyil, həm də Azərbaycanla Avropa Cüdo Federasiyası arasında həll edilirdi. Söhbət yığmanın baş məşqçisi ArmenNazaryanın və ən güclü cüdoçuFerdinandKarapetyanıntəhlükəsizliklərinin təminatından gedirdi.
“Bu erməni tərəfinin növbəti yalanıdır. Azərbaycan həmişə dövlət səviyyəsində təhlükəsizlik zəmanəti verir. Birinci Avropa Oyunlarında da belə olub, başqa beynəlxalq yarışlar vaxtı da. Bundan savayı, biz İdman nazirliyinin rəsmi məktubunu təqdim etmişik ki, həmin məktubda da Azərbaycanın bütün iştirakçıların təhlükəsizliyinə dövlət səviyyəsində təminat verməsi təsdiq olunur”, – Azərbaycan Cüdo Federasiyasında 1news.az agentliyinə belə deyiblər.
Yerevandan məlumat
Cüdo üzrə yığmanın baş məşqçisi Armen Nazaryanın JAMnews-a, bildirdiyinə görə, Azərbaycan şəxsi təhlükəsizlik zəmanəti verməyib.
“İddia olunurdu ki, bizim üçün bütün idmançıların təmin edildiyi təhlükəsizlik zəmanəti kifayətdir. Ayrıca, şəxsi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Bu da şübhə doğurur. Beləliklə, Azərbaycan tərəfi təhlükəsizlik zəmanəti təqdim etməyərək, real olaraq medallara namizəd ola biləcək FerdinandKarapetyanı çempionatda iştirakdan məhrum etmək şansından istifadə etdi. 2018-ci ildə o, finalda məhz azərbaycanliya qalib gələrək, Avropa çempionu olub”.
Yığmanın baş məşqçisi ArmenNazaryan və FerdinandKarapetyan Azərbaycanla Avropa Cüdo Federasiyası arasında danışıqların getdiyi ərəfədə Gürcüstanda idilər. Onlar təhlükəsizlik zəmanəti haqda xəbərləri gözləyirdilər ki, Bakıya yola düşsünlər. Lakin indi Yerevana qayıdırlar.
Çempionat sentyabrın 27-dək davam edəcək. Burada rekord sayda idmançı – 133 ölkədən 831 cüdoçu iştirak edəcək.