Əslində Flea Market ingilis dilindən tərcümədə ‘bit bazarı’ deməkdir, yəni köhnə əşyaların satıldığı yer. Amma Tbilisidə ‘Tbilisi Flea Market’ söz birləşməsi artıq az qala brendə çevrilib. Hər halda gənclərdə o, xarici vətəndaş üçün tamamilə gözlənilməz assosiyasiyalar yaradır. Misal üçün: dizayn, eksklüziv, fərqlilik. Özü də əbəs yerə yox.
Tbilisi Flea Market bir neçə il əvvəl, özü də tamamilə təsadüfən açılıb – onu iki gürcü qızı Keti Manqoşvili və Nino Boçorişvili yığılan lazımsız əşyaları satmaq üçün təşkil ediblər.
Birinci bit bazarına əsasən Nino və Ketinin dostları gəliblər, amma vaxtlarını o qədər yaxşı keçiriblər ki, gələn il müştəri və iştirakçıların sayı bir neçə dəfə artıb, bu bit bazarında ən çox alınan və satılan isə köhnə əşyalar deyil, fərqli müəllif işləri – bəzək əşyaları, paltar, aksessuar, interyer əşyaları və oyuncaqlar olub. Və vaxt keçdikcə bit bazarı (adına rəğmən) dəb bazarına çevrilib.
“Siz nə vaxtsa əlinizdə üzərində yapon pilot-kamikadzenin portreti olan 1943-cü il kibrit qutusunu tutmusuz?! Mən tutmuşam! – Bit bazarı-2016-nın alıcılarından (xoşbəxt tamaşaçılardan) biri olan Anton öz təəssüratları ilə bölüşür.
“Bu, gənc dizaynerlər üçün əla stimuldur, – iştirakçı Tiko deyir. – Başqa harada bu qədər adama öz işlərinizi göstərə bilərsiz!
Burada hər kəs öz işlərini nümayiş etdirə və sata bilər – bu hand-made festivalında iştirak pulsuzdur. Adətən o, Tbilisinin mərkəzi parklarından birində keçirilir.