Dünyanın ən yaşlı diktatoru – Zimbabve prezidenti Robert Muqabenin istefası son həftənin ən vacib beynəlxalq xəbərlərindən biri oldu.
20 ildən çox müddətdə beynəlxalq aləm onun getməsinə nail olmağa çalışırdı. Nəticədə o, öz ölkəsinin ordusu tərəfindən ultimatum alandan sonra istefa verdi.
Bu kürsüdə olduğu 37 il ərzində Muqabe Afrikanın ən zəngin ölkələrindən birinin iqtisadiyyatını çökdürdü və yüz milyonlarla dollar həcmində şəxsi vəsaitə sahib oldu. Muqabe rejiminə qarşı beynəlxalq sanksiyalar 1990-cı illərin ortalarından qüvvəyə minib.
Zimbabvenin paytaxtı Hararedə minlərlə insan diktatorun gedişini küçələrə axışaraq qeyd edir.
1980 – 10 illik sürgündən sonra Zimbabveyə qayıdır və partiyasının seçkilərdə qazandığı qələbə nəticəsində baş nazir olur. Baş nazir kürsüsündə ağdərili azlıqla barışıq siyasətini elan edir və Böyük Britaniya baş naziri Tetçerlə münasibətləri yoluna qoyur. Reuters/Kevin Coombs, 1994
1990-cı illər – Konqoda gedən vətəndaş müharibəsinə müdaxilə edir. Ölkə daxilində ağdərili fermerlərin torpaqlarının müsadirəsinə başlayır. Ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, inflyasiya dünyada rekord həddə çatır. ABŞ və Aİ Zimbabveyə qarşı sanksiyalar tətbiq edir. Əsas xarici siyasi tərəfdaşı Çin olur. Muqabenin qızı Sinqapurda təhsil alır. Reuters/Howard Burditt, 1996