Azərbaycan Qran Prisi “Formula 1”-in birbaşa şəhərin küçələrində – adi avtomobil yollarında keçirilən iki mərhələsindən biridir. İkinci belə mərhələ hər il əhaslisinin sayı üç min nəfərdən çox olmayan Monte Karloda təşkil olunur. Digər ölkələrdə bütün digər çempionat yarışları yaşayış məntəqələrindən kənarda xüsusi qurulmuş traslarda keçirilir.
Bakıda yarışlar 10-12 iyun tarixlərində keçirilib. Azərbaycan Qran Prisinin qalibi Maks Ferstappen (Hollandiya) və Red Bull olub.