İlk iki belə akademiya Ronaldinyonun doğma şəhəri Portu-Aleqri (Braziliya) və Dubayda (BƏƏ) fəaliyyət göstərir.
Müqavilə martın 15-də Dubayda imzalanıb. Futbol Akademiyasının rəsmi açılışı 2017-ci il sentyabrın 1-də baş tutacaq, – “Qəbələ” idman klubunun press-relizində belə deyilir.
6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulmuş məktəbdə məşqlər yüksək keyfiyyətli oyun meydançalarında həm ödənişli, həm də ödənişsiz əsasda keçiriləcək. Müxtəlif sosial fəaliyyət, Azərbaycanın regionlarına, xarici ölkələrə, yay futbol məktəblərinə səfərlər, seminarlar, “Ronaldinyonun dili – portuqal dili” dərsləri də nəzərdə tutulub.
“Qəbələ” Futbol Klubu 1995-ci ildə yaradılıb və Azərbaycan çempionatında iştirak edir. Klubun prezidenti və təsisçisi Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərovdur (Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu).
“Qəbələ” Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edir, iki ildir ki, dalbadal Avropa Liqasının qrup mərhələsində iştirak edir.