İyunun 12-də bütün Ermənistanda dolu yağıb, amma ən çox Armavir rayonu ziyan çəkib.
Dolu Şirak, Kotayk və Tavuşda cüzi ziyanan səbəb olub, Armavirin on kəndində isə demək olar ki, bütün məhsulu məhv edib. Hələlik dolunun vurduğu ziyanla bağlı rəsmi məlumat yoxdur, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Armavir qubernatoru ilə birlikdə vəziyyəti detallı öyrənmək üçün kəndlərə səfər edir.
Kəndlilərin özləri bildirirlər ki, dolu onların bütün məhsulunu – həm bar verən ağacları: ərik, albalı, alma, həm də bostan bitkilərini: pomidor, kartof, taxıl, paxla – məhv edib.
Mrqastan kəndinin ağsaqqalı əmin edir ki, “Məhsulun yüz faizi məhv olub, mənimkindən başlayaraq istənilən evə girin – heç nə qalmayıb. Dolu vaxtı kəndlə gedirdim – baş verənlər dəhşət idi… Dolu yağışla birgə məhsulu yuyub apardı”.
Armavir ayonu Şaumyan kəndinin ağsaqqalı Harutyun Navasardyan da bütün məhsulun məhv olduğunu bildirib: “Hər şüy məhv olub, hər şey yerlə bir olub – üzüm tənəkləri, meyvə ağacları…”
Yeri gəlmişkən, dolu və yağış paytaxtda da yağıb. BuzamanYerevanın bir çox küçələrindən hətta maşınla da keçmək mümkün olmayıb. Ermənistan FHN-in Meteorologiya Mərkəzinin rəisi Qaqik Surenyan bildirib ki, dolunun və yağışın böyük hissəsi 10-15 dəqiqəyə yağıb, həmin gecə bir saat ərzində isə 13-14 mm yağıntı yağıb. Bu, Ermənistanın iyun üçün aylıq normasının təqribən yarısıdır.