Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələrindən gətirilən malların liberallaşmasından sui-istifadə edən Ermənistan vətəndaşı gömrük nəzarətini adlayaraq ölkəyə divar kağızı əvəzinə dondurulmuş quş əti gətirmək istəyib. Yuxarı Lars gömrük məntəqəsində o, 22,5 ton divar kağızı gətirdiyini deklarasiya edib. Baqrataşen gömrüyündə isə Gömrüköncəsi Nəzarət İdarəsinin əməkdaşları divar kağızlarının soyuducu kameralarda daşındığına diqqət yetiriblər. Rentgen aparatyla yoxlayandan sonra məlum olub ki, vətəndaş tikinti materialı əvəzinə ölkəyə dondurulmuş ət keçirməyə çalışıb.
2016-cı il və 2017-ci ilin yanvarında AAİB ölkələrindən mal gətirildiyi zaman gömrük qaydalarının 35 dəfə pozulması halı qeydə alınıb. Qanun pozucuları əsasən ölkəyə deklarasiyadan kənar və ya yanlış doldurulmuş deklarasiya ilə qida məhsulları, təsərrüfat malları, kosmetik vasitələr, avtomobil üçün ehtiyat hissələri və s. gətirməyə cəhd göstəriblər.