dErməni arzusu
Biz Yerevan küçələrində Şaxta Babaya məktub yazmağı xahiş etdik.
Birinci olaraq, Yerevanın kənarında, Norsk massivində qarşımıza yeniyetmə çıxdı. O, həyətdə oynayır, özünə maraqlı iş axtarır və mümkün qədər evə qayıtmaq vaxtını uzadırdı.
Onu çox dilə tutmalı olmadıq, o bax bunları yazdı:
“Salam, əziz Şaxta Baba! Ola bilsin, mən bir qədər bahalı hədiyyə istəyirəm. Mən sizdən diyircəkli konki istəyirəm. Sizə belə rahat olarsa, mən hədiyyəmi dekabrın 31-də gecə gətirməyinizi xahiş edirəm.
Voskanyan Erik, 11 yaş
Svetlana rəfiqələri ilə Komitasov bağında qış günəşindən həzz alırdı. Rəfiqələri bir-birləri ilə pıçıldaşan, xısın-xısın gülüşən və hətta nəsə zümzümə edən zaman Svetlana yazdı:
“Mənim əziz, doğma Şaxta Babam, mən səni çox gözləyirəm, ona görə ki, sənin varlığına inanıram. Çox istəyirəm ki, sən mənə sevinc, xoşbəxtlik, ən adi insan hisslər və duyğular, pul, iş və evdə əmin-amanlıq bağışlayasan. Həm də istəyirəm ki, yanıma tez-tez gələsən. arzularım tez-tez çin olsun!
Kiziryan Svetlana, 21 yaş, tələbə
Anaitlə biz mərkəzi küçələrdən birində rastlaşdıq, o burada adətən özünün əllə toxuduğu əşyaları satır.
Bu da onun Şaxta Babaya məktubu:
“Əziz Şaxta Baba, bu Yeni ildə mən səndən ilk növbədə sülh istəyirəm! Və bu sovet vaxtlarında adətən deyilən sözlər deyil. Sən yaşlı adamsan, yadındadır ki, o vaxtlar televizorda dayanmadan “Dünyada sülh şüarını təkrar edirdilər, əslində isə bu, heç kimi narahat etmirdi. İstəyirəm ki, bu il mənim bütün qohumlarım üçün xoşbəxt keçsin. Bütün uşaqlara qayğısız uşaqlıq arzulayıram! Şəxsən özüm üçün isə bütün işlərimdə uğurlar və ən əsası yeni mənzil istəyirəm!»
Anahit Davtyan, 48 yaş
İndzanesa babaya biz Martiros Saryan bağında rast gəldik, burada rəssamlar öz şəkillərini satırlar. O, öz işlərinin yanında durub, rəssam dostlarıyla söhbət edirdi.
Ona bizim xahişimiz çox ləzzət elədi və o yazdı:
“Əziz Şaxta Baba, səndən 18-29 yaşlı, ağbəniz, qonur gözlü gəlin istəyirəm, istəyirəm ki, onun 250.000 dolları və hər rahatlığı və cakuzisi olan üç otaqlı mənzili olsun. Həm də “Hummeri. Problem deyil ki, mənim 80 yaşım var, bəy kimi əlayam, buna zəmanət verirəm.
İndzanes Kirakosyan, 80 yaş, Ermənistan Respublikasının əməkdar rəssamı
Məktublarımızı bizə verərkən, qəhrəmanlarımız onları tezliklə ünvanına çatdırmağı xahiş etdilər ki, arzuları mümkün qədər tez yerinə yetsin.