Deputat qalmaqalın mərkəzində
Gəncə şəhərindən bu yaxınlarda seçilən deputat Naqif Həmzəyev Azərbaycanın internet cəmiyyətinə növbəti “qaynar mövzu bəxş etdi.
Jurnalistlərlə söhbət zamanı o gözlənilmədən ilk Azərbaycan Demokratik Respublikasının lideri Məmməd Əmin Rəsulzadəyə ittihamlar yağdırdı. Hər halda “Yeni Müsavat qəzetinin saytı öz müxbirinin sözlərinə istinadən belə yazır.
Məsələnin mahiyyətini anlamaq üçün bilmək lazımdır ki, müstəqilliyinin ilk illərində Azərbaycan cəmiyyəti sevinclə 1918-ci ildə yaranmış və Bakının sovet Qırmızı Ordusu tərəfindən alınmasına qədər mövcud olan dövlətə – ADR-ə boylanırdı.
Öz hakimiyyəti dövründə kifayət qədər uğur qazanan Məmməd Əmin Rəsulzadə o dərəcədə populyarıydı ki, onun portreti min manatlıq əskinası bəzəyirdi. Bu səbəbdən də xalq arasında pul “Məmmədlə hesablanırdı.
Onu yekdilliklə Azərbaycanın müstəqilliyinin banisi, milli qəhrəman kimi qəbul edirdilər. Məktəblərdə ADR-in tarixini bütün mümkün təfərrüatlarla tədris edirdilər. Ağır postsovet dönəmində hələ ki yeni Azərbaycan tarixi dərslikləri yoxuydu, buna görə də müəllimlər konspektlərdən oxumalı olurdular.
Amma bir neçə il əvvəl siyasətçilərdən biri “xalqın ancaq bir lideri olmalıdır düsturunu icad etdi. İdeya yayıldı və Rəsulzadə yavaş-yavaş unudulmağa başladı.
Bununla belə, onu hələ heç kim xalq düşməni adlandırmamışdı. Buna görə də “Rəsulzadə satqın olub, o bizim torpaqlarımızı satıb kimi fikirlər xalq arasında narazılıq və qəzəbli masqaraya səbəb oldu. İqtidar yönlü KİV-lər özlərini heç nə baş verməmiş kimi apardılar. Qalanları hiddətləndi. “Naqif Həmzəyev deputat deyil, həşəratdır kimi başlıqlar verildi.
az.azvision.az saytı həmin görüşdə iştirak edən müxbirinin sözlərindən baş verənləri təsvir etdi. Jurnalist danışır ki, birincisi, Həmzəyev jurnalistləri çox dadlı yeməyə qonaq edib və bu zaman vurğulayıb ki, görüş qeyri-rəsmi şəraitdə keçir və müsahibədən söhbət gedə bilməz. Məsələnin mahiyyətinə gəlincə, “Yeni Müsavatın jurnalisti soruşanda ki, niyə Rəsulzadənin heykəlinin başına torba keçiriblər, o quzu ətindən aralanaraq, cavab verib ki, bu heykəli sadəcə restavrasiya edirlər və əlavə edib ki, onun üçün yalnız bir milli lider var, o da Heydər Əliyevdir.
Facebook istifadəçiləri də kənarda qalmadı.
“Səfeh adam canfəşanlıq göstərməkdə ağını çıxardı. Bu gün bu deputat (burada çoxlu smayl işarəsi var) cəmiyyətə Rəsulzadə şəxsiyyətinin Azərbaycan tarixindəki əhəmiyyəti haqqında anlayışı qaytardı.
“Məncə, bu deputatın sözlərini təhrif ediblər. İnanmıram ki, bu cür axmaqlıq etmək olar. Yox, əgər o bunları deyibsə, deməli inkubator cücələri üçün olan yemlə böyüyüb.
“Niyə hamı fahişənin fahişə çıxmasına bu dərəcədə təəccüblənir?
“İndi onu hamı tanıyır. Təkziblə çıxış edəcək, onun bir lider haqqında sözlərini düz yazmayan, amma digər lider haqqında mövqeyini ÇOX dəqiq qeyd edən jurnalisti ittiham edəcək və xoşbəxt olacaq.